Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Baş nazir mühüm qərar imzaladı

SON DƏQİQƏ! Baş nazir mühüm qərar imzaladı

CƏMİYYƏT

1349

24.09.2022, 20:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
İşğaldan azad olunmuş ərazilərdə tikililərin kateqoriyalar üzrə bölgüsü təsdiqlənib.
Oxu24.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Nazirlər Kabinetinin həmin Qərara dair izahında bildirilib ki, Qərar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərar işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü müəyyən edir. Qərarın qəbul edilməsi işğaldan azad olunmuş ərazilərdə yerləşən tikililər haqqında məlumatların sistemləşdirilərək, təhlil olunması və bununla da daşınmaz mədəni irs nümunələrinin qorunmasına xidmət edəcəkdir. Reyestr elektron qaydada, xüsusi olaraq yaradılmış informasiya resursu vasitəsilə aparılır.