Zeytun festivalına sayılı günlər qaldı! - Video
20 Oktyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
441
19.09.2022, 13:18
"Audiovizual Şura artıq birdən-birə üç radiotezliyi tenderə çıxarıb. ANS-ÇM də müsabiqədə iştirak edir. Düşünürəm, bu dəfə Qafqaz və Orta Asiyada ilk yaranmış radiomuz tenderdə qalib gələ biləcək”.
Oxu24.com xəbər verir ki, bunu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev deyib. O xatırladıb ki, ANS-ÇM "Döyüş alnımıza yazılıb" şüarının elçisi və daşıyıcısıdır:
"İnanmaq istəyirəm ki, bu dəfə mən milyonlarla dinləyicilərimizin, daim mənə ANS-ÇM radiosunu açmaq tələbi ilə müraciət edən şəxslərin qarşısında başıaşağı qalmayacam. Hamını bir sual maraqlandırır - axı niyə ANS-ÇM Azərbaycanda olmasın, bu qərarın arxasında kim durub?! Bir şeyi bilirəm ki, bu, Azərbaycan xalqı deyil!”.
V.Mustafayev qeyd edib ki, Avropanın Şurası və Birliyinin tələbi ilə Azərbaycanda da, Ermənistan və Gürcüstanda olduğu kimi, bir çox radioların açılması gündəmdədir:
"Lakin qərar verən cənablar, söhbət kəmiyyətdən yox, keyfiyyətdən gedir. Şuşa radiosu tenderini ANS-ÇM "uduzdu”. Nəticədə nə oldu? Bu günədək Şuşada heç bir radio fəaliyyət göstərmir. Müsabiqəni udan təşkilat rahatca Bakıda oturub, Şuşadan çox uzaqda fəaliyyət göstərir. Amma bu gün məhz Şuşada radionun olması və Azərbaycanın səsini yerində ucaltması çox vacib, taleyüklü məsələdir”.
23:59 / 20 Oktyabr 2026
88
23:35 / 20 Oktyabr 2026
114
23:23 / 20 Oktyabr 2026
93
23:16 / 20 Oktyabr 2026
88
22:54 / 20 Oktyabr 2026
121
22:44 / 20 Oktyabr 2026
109
22:33 / 20 Oktyabr 2026
133
22:22 / 20 Oktyabr 2026
93
22:22 / 20 Oktyabr 2026
109
21:51 / 20 Oktyabr 2026
224
21:47 / 20 Oktyabr 2026
209
21:42 / 20 Oktyabr 2026
116
21:39 / 20 Oktyabr 2026
463
21:33 / 20 Oktyabr 2026
1378
21:28 / 20 Oktyabr 2026
100
21:22 / 20 Oktyabr 2026
509
21:17 / 20 Oktyabr 2026
98
21:15 / 20 Oktyabr 2026
98
21:06 / 20 Oktyabr 2026
95
21:03 / 20 Oktyabr 2026
87
21:00 / 20 Oktyabr 2026
81
20:55 / 20 Oktyabr 2026
79
20:50 / 20 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.