Zeytun festivalına sayılı günlər qaldı! - Video
20 Oktyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
334
18.09.2022, 18:58
Cildin gözəlliyini bərpa etmək və qorumaq üçün müxtəlif təbii vasitələr mütləqdir.
Milli.Az Axşam.az-a istinadən bu dəfə yalnız yaşıl çayın dərinizdə yarada biləcəyi özəllikləri təqdim edir.
1. Gözdəki şişkinliyi və qara nöqtələri azaldır
2 işlənmiş yaşıl çay paketini 30 dəqiqə soyuducuya qoyun. Soyuq çay paketlərini göz qapaqlarınıza qoyun və 15 dəqiqə gözləyin. Nəticə əldə edənə qədər bu üsulu gündə iki dəfə edin.
2. Dərini cavanlaşdırır
Yaşıl çay dərini cavanlaşdırır, daha parlaq edir. Bu çay həm də dəridən toksinlərin çıxarılmasını asanlaşdırır, iltihabı azaldır, ləkələri və izləri sağaldır, dərinin elastikliyini artırır. Yaşıl çay həmçinin, xəstəliklərinin və yaraların müalicəsində istifadə olunur.
Bunun üçün 2 istifadə olunmuş yaşıl çay paketini kəsin və içini bir qaba boşaltın. 1-2 çay qaşığı bal, bir az limon suyu əlavə edib qarışdırın. Üzünüzə çəkib 5-10 dəqiqə gözləyin və sonra ilıq su ilə yuyun. Bu maskadan həftədə bir və ya iki dəfə istifadə edin.
3. Yaşlanma əlamətləri ilə mübarizə aparır
Bu çay dərinin sallanmasını, günəş izlərini, yaşdan qaynaqlanan ləkələri, incə xəttlər və qırışları müalicə edir. Tərkibindəki polifenollar bütün bu sadalananlara səbəb olan sərbəst radikalları neytrallaşdırır.
3 xörək qaşığı qatıq, 1 xörək qaşığı üyüdülmüş yaşıl çay yarpağı və bir az sarıkök tozunu qarışdırın. Maskanı üzünüzə və boynunuza çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun. Bunu həftədə bir və ya iki dəfə tətbiq edin.
4. Saçları uzanmağa təşviq edir
Yaşıl çay saçların uzanmasını sürətləndirən yüksək miqdarda antioksidant ehtiva edir.
Saçınızı yuduqdan sonra təzə dəmlənmiş yaşıl çaydan soyuq şəkildə istifadə edin. 10 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun. Bunu bir neçə ay ərzində həftədə 2 və ya 3 dəfə edin. Həmçinin, güclü saçlara sahib olmaq üçün gün ərzində yaşıl çay içmək lazımdır.
5. Cildi təmizləyir
Cilddəki kirləri aradan qaldırmaq, məsamələri daraltmaq və sağlam parlaqlıq üçün yaşıl çay təbii tonikdir.
2 yaşıl çay paketini dəmləyin və soyumağa buraxın. İstədiyiniz efir yağından bir neçə damcı əlavə edib saxlamaq üçün təmiz şüşəyə köçürün. Gündə iki dəfə pambıqla dərinizə çəkin.
6. Sızanaqları müalicə edir
Tərkibindəki katexin adlı antibakterial maddələr sızanaq yaradan bakteriyalarla mübarizə aparmağa kömək edir. Onlar hətta sızanaqlara səbəb olan hormonal balanssızlığı aradan qaldırır.
¼ fincan təzə dəmlənmiş yaşıl çay və ¼ stəkan suyu qarışdırın. Bu məhlulu pambıq köməyi ilə sızanaq olan bölgəyə çəkin. 10-15 dəqiqədən sonra soyuq su ilə yuyun. Sızanaqlardan qurtulana qədər bunu gündə iki dəfə edin.
7. Məsamələri daraldır
Bir fincan yaşıl çay dəmləyin və soyumağa buraxın. Bu çaydan bir neçə xörək qaşığı götürüb 2 xörək qaşığı bentonit gilinə əlavə edib məcun halına gətirin. Üzünüzə çəkdikdən sonra tam qurumasını gözləyin. Yumşaq formada ovuşduraraq təmizləyib isti su ilə yuyun. Həmçinin, bədəninizdən toksinləri çıxarmaq üçün gündə bir neçə stəkan yaşıl çay için.
23:59 / 20 Oktyabr 2026
96
23:35 / 20 Oktyabr 2026
125
23:23 / 20 Oktyabr 2026
95
23:16 / 20 Oktyabr 2026
92
22:54 / 20 Oktyabr 2026
125
22:44 / 20 Oktyabr 2026
115
22:33 / 20 Oktyabr 2026
135
22:22 / 20 Oktyabr 2026
93
22:22 / 20 Oktyabr 2026
113
21:51 / 20 Oktyabr 2026
235
21:47 / 20 Oktyabr 2026
213
21:42 / 20 Oktyabr 2026
120
21:39 / 20 Oktyabr 2026
484
21:33 / 20 Oktyabr 2026
1771
21:28 / 20 Oktyabr 2026
106
21:22 / 20 Oktyabr 2026
530
21:17 / 20 Oktyabr 2026
100
21:15 / 20 Oktyabr 2026
100
21:06 / 20 Oktyabr 2026
98
21:03 / 20 Oktyabr 2026
88
21:00 / 20 Oktyabr 2026
82
20:55 / 20 Oktyabr 2026
81
20:50 / 20 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.