Qaynar xətt:

(+99450) 247 90 86

ƏHALİYƏ VACİB XƏBƏR! Bu sahəyə də sayğac qoyulacaq - VİDEO

ƏHALİYƏ VACİB XƏBƏR! Bu sahəyə də sayğac qoyulacaq - VİDEO

CƏMİYYƏT

3526

17.09.2022, 21:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2022-2023-cü illər istilik mövsümündən başlayaraq pilot layihə olaraq müxtəliftipli yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur.

Oxu24.com xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib. Onun sözlərinə görə, “Azəristiliktəchizat” ASC-də sayğaclaşma ilə bağlı artıq müvafiq şirkətlərlə danışıqlara başlanılıb.

İstilik sayğacları quraşdırılandan sonra verilən istilik enerjisinin dəqiq qeydiyyatı aparılacaq: “Hazırda istilik tarifləri yaşayış sahəsinə görə hesablanır. Sayğac yoxdursa, 1 kvadratmetrin qızdırılmasında sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur. Havaların isti və soyuq olması ilə əlaqədar binalara müxtəlif dərəcə istilik verilir, müxtəlif miqdarda istilik enerjisi sərf olunur. Amma kvadratmetrə tarif tətbiq olunanda verilən temperaturdan asılı olmayaraq, eyni tarif tətbiq olunur. İstilik sayğacları isə konkret verilən istilik enerjisinin miqdarını ölçəcək və hesablaşmalar da bunun əsasında aparılacaq”.

Elvin Basqalının sözlərinə görə, sayğacların kart və ya elektron sistemlə işləyəcəyi hələlik məlum deyil. Qarşıdakı aylarda şirkətlərlə danışıqlar bitdikdən sonra, bununla bağlı ətraflı məlumat veriləcək. 

Qurum rəsmisi həmçinin bildirib ki, yeni quraşdırılacaq sayğaclar “Azəristiliktəchizat” ASC-də maliyyə itkisinin yaranmasının qarşısını alacaq. Çünki əvvəllər binalarda bəzi sakinlər istilik pulunu ödəməkdən yayınırdısa, sayğaclar quraşdırıldıqdan sonra, hər kəs istifadə etdiyi qədər istilik enerjisinin pulunu ödəyəcək.

apa tv