Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73906
az

Britaniyadakı soydaşlarımız Ermənistan səfirliyinin qarşısında piket keçirdilər - Fotolar

08:4717 Sentyabr, 2022
106
CƏMİYYƏT
  • A

Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Londondakı səfirliyi qarşısında razılaşdırılmış piket keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, piket iştirakçıları ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılması, Azərbaycan ərazilərində minaların basdırılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, siyasi dairələrin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Piketdə “Ermənistan hücum edir, Azərbaycan sərhədlərini qoruyur!”, “Ermənistan sülhə yox deyib, müharibəni seçir!”, “Azərbaycan ədalət tələb edir!”, “Ermənistan, minalanmanı dayandır!”, “Minalar mülki insanları öldürür!”, “Azərbaycan torpaqlarının minalanması müharibə cinayətidir!” kimi şüarlar səsləndirilib, işğalçı siyasətə son qoyulması və bölgədə sülhün bərqərar olması üçün çağırışlar edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Rəşad Dağlı əfv olunacaq? - “Hər şey ola bilər”