Zeytun festivalına sayılı günlər qaldı! - Video
20 Oktyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
434
16.09.2022, 19:55
RAND strateqləri bu il yanvar tarixli məxfi hesabatında ABŞ-ın Ukraynadakı müharibəni və Avropadakı enerji böhranını necə planlaşdırdığını paylaşıb.
OXU24.COM Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsveçin "Nya Dagbladet" qəzeti RAND-ın məxfi sənədlərinə isinadən məlumat yayıb.
Sənəddə bildirilir ki, Ukraynada həyata keçirilən təcavüzkar xarici siyasət Rusiyanı ölkəyə hərbi müdaxilə etməyə məcbur edəcək:
"Məqsəd çoxdan hazırlanmış sanksiyalar paketini təqdim etməkdir. Nəticədə AB iqtisadiyyatı çökəcək və bununla da ABŞ-a 9 trilyon dollara qədər resurs daxil olacaq. Eyni zamanda, yaxşı təhsil almış Avropa gəncləri mühacirət etmək məcburiyyətində qalacaqlar. Avropa, xüsusən də Almaniya və Rusiya parçalanacaq. Rusiya qitəyə enerji nəqlini dayandırmaqla Avropa iqtisadiyyatını məhv edəcək.
Sənəddə "Almaniyanı zəiflədin, ABŞ-ı gücləndirin" başlığı altında qeyd edilir ki, bütövlükdə Amerika iqtisadiyyatını dəstəkləmək üçün xaricdən resurs axınına təcili ehtiyac var, xüsusilə də bank sistemi üçün. Buna ən böyük maneə isə Almaniyanın artan müstəqilliyidir.
"Breksit"in Almaniyaya daha çox müstəqillik verdiyi və ABŞ-ın Avropa hökumətlərinin qərarlarına təsirini çətinləşdirdiyi də sənəddə göstərilib. Bu strategiyanın əsas məqsədi ilk növbədə Almaniya və Rusiya, eləcə də Fransa arasında əməkdaşlığı məhv etməkdir. Rusiyadan tədarükün kəsilməsi Almaniya iqtisadiyyatı və dolayısı ilə bütün AB üçün dağıdıcı olacaq sistematik böhrana gətirib çıxara bilər.
Burda daha bir əsas məsələ Avropa ölkələrini müharibəyə sürükləməkdir. Almaniyanın Rusiyanın enerji təchizatından imtina etməsinin yeganə mümkün yolu hər iki tərəfi Ukraynada hərbi münaqişəyə cəlb etməkdir. Bu, Rusiyanı aqressiv tərəf kimi göstərməyə, sonra isə artıq hazırlanmış bütün sanksiyalar paketini tətbiq etməyə imkan verərdi. Rusiyadan enerji tədarükünün azalması, ən yaxşı halda isə tamamilə dayandırılması Almaniya sənayesi üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Sənayedə durğunluq olacaq, istehsal üçün komponentlərin və ehtiyat hissələrinin çatışmazlığı yaşanacaq, tədarük zəncirlərinin dağılması və gec-tez domino effekti yaranacaq", - hesabatda deyilir.
Qeyd edək ki, 1850 işçisi və 350 milyon dollar büdcəsi olan RAND beyin mərkəzinin məqsədi tədqiqat və təhlillər vasitəsilə siyasi qərarların qəbulunu təkmilləşdirməkdir. Onlar ilk növbədə ABŞ Müdafiə Nazirliyi ilə əlaqəlidir, Soyuq müharibə dövründə hərbi və digər strategiyalara təsiri ilə tanınır.
23:59 / 20 Oktyabr 2026
109
23:35 / 20 Oktyabr 2026
160
23:23 / 20 Oktyabr 2026
103
23:16 / 20 Oktyabr 2026
98
22:54 / 20 Oktyabr 2026
135
22:44 / 20 Oktyabr 2026
128
22:33 / 20 Oktyabr 2026
141
22:22 / 20 Oktyabr 2026
95
22:22 / 20 Oktyabr 2026
121
21:51 / 20 Oktyabr 2026
264
21:47 / 20 Oktyabr 2026
236
21:42 / 20 Oktyabr 2026
130
21:39 / 20 Oktyabr 2026
581
21:33 / 20 Oktyabr 2026
3254
21:28 / 20 Oktyabr 2026
111
21:22 / 20 Oktyabr 2026
608
21:17 / 20 Oktyabr 2026
107
21:15 / 20 Oktyabr 2026
104
21:06 / 20 Oktyabr 2026
101
21:03 / 20 Oktyabr 2026
89
21:00 / 20 Oktyabr 2026
83
20:55 / 20 Oktyabr 2026
81
20:50 / 20 Oktyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.