Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Yeni şəhid siyahısı açıqlandı + Foto

SON DƏQİQƏ! Yeni şəhid siyahısı açıqlandı + Foto

CƏMİYYƏT

825

16.09.2022, 16:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbi qulluqçusu şəhid olub.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 77-yə çatıb.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı Hüseynli Rəşad Ramiz oğlu - baş çavuş Balaşzadə Röyal Atduxan oğlu - əsgər Kəlbiyev İsa Rəhim oğlu - əsgər Qarazadə Nicat Malik oğlu - əsgər Qənbərli Rəşad Əlizamin oğlu - əsgər Süleymanov Turxan İdris oğlu - əsgər