Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
21 Oktyabr 2026, 10:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
338
15.09.2022, 20:31
Yardımlı rayonunun Arvana kənd orta məktəbinin direktorunun öz həyat yoldaşının bacısını kəbin kəsdirməyə məcbur etməsi, onu təhdid etməsi ilə bağlı iddialar yayılıb.
OXU24.COM xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, həmin şəxs qadını boğaraq zorla arvadı olmağa məcbur edib. Qadın isə öz uşağı ilə birlikdə qaçaraq sözügedən birliyin sığınacağına yerləşib: "Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sap-sağlam olan bacısının mövcud ərinin onu evlənməyə məcbur etməsi, ailəsinin - ata və qardaşının bu izdivacda həmin "ərə" yardım etməsidir. Həmin şəxs qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. "Ər" qızı boğaraq zorla onda ərdə olmasını tələb edib. Orta əsr qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur".
M. Zeynalova həmçinin qeyd edib ki, Yardımlı Rayon Polis əməkdaşı zəng edərək sığınacağın ünvanını, qadının orada olub-olmamasını öyrənib və ailəyə kömək edərək onları sığınacağa gətirib: "Xəbərdarlıq etdim ki, yeri qətiyyən onlara bildirməyin. Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya. Əməkdaş polisi yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırsa da, cavabında həmin şəxs "adam axtarışa verilib, gətirməliydim" deyib. Qardaş polisin yanında hədə-qorxu gəlib əməkdaşımıza, amma polis hədənin qarşısını almayıb".
M. Zeynalova bildirib ki, həmçinin qadının və uşağın sənədlərini ailəsi girov kimi saxlayıb və özünə verməkdən imtina edir.
Sadalanan ittihamlarla bağlı Arvana kənd orta məktəbinin direktoru Kamran İsayevlə əlaqə saxladıq. O, sözügedən ittihamların doğru olmadığını bildirdi: "Hamısı şərdir, böhtandır, mən o barədə danışmaq istəmirəm. Kəbin-filan da kəsilməyib. Orada yüz söz yazılıbsa, onun 10-u düzdür, 90-ı yalandır..."
Mehriban Zeynalova isə əlavə edib ki, direktor sığınacağa gəlməsi ilə bağlı məlumatı təkzib edib. Amma o, direktorun və qızın qardaşının sığınacağa gəldiyini əks etdirən görüntüləri paylaşıb:
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə də sorğu ünvanladıq. Nazirliyin Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirildi ki, məsələ nəzarətə götürülüb: "Hazırda Binəq Rayon Polis İdarəsində araşdırma aparılır".
10:35 / 21 Oktyabr 2026
1
10:28 / 21 Oktyabr 2026
23
10:26 / 21 Oktyabr 2026
29
10:20 / 21 Oktyabr 2026
33
10:17 / 21 Oktyabr 2026
121
09:59 / 21 Oktyabr 2026
56
09:50 / 21 Oktyabr 2026
69
09:38 / 21 Oktyabr 2026
71
09:36 / 21 Oktyabr 2026
58
09:34 / 21 Oktyabr 2026
99
09:31 / 21 Oktyabr 2026
59
09:29 / 21 Oktyabr 2026
74
09:28 / 21 Oktyabr 2026
67
23:59 / 20 Oktyabr 2026
138
23:35 / 20 Oktyabr 2026
207
23:23 / 20 Oktyabr 2026
113
23:16 / 20 Oktyabr 2026
108
22:54 / 20 Oktyabr 2026
176
22:44 / 20 Oktyabr 2026
136
22:33 / 20 Oktyabr 2026
153
22:22 / 20 Oktyabr 2026
107
22:22 / 20 Oktyabr 2026
134
21:51 / 20 Oktyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.