Sürücülərə bu yolla bağlı XƏBƏRDARLIQ
21 Oktyabr 2026, 12:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1214
14.09.2022, 21:30
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan 50 hərbi qulluqçudan biri Azad Kərimovdur.
Modern.az xəbər verir ki, şəhid hərbçinin nəşi doğulub-böyüdüyü Qazax rayonu, Daş Salahlı kəndinə gətirilib.
Rayon rəsmilərinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin vida mərasimi keçirilib.
Mərasimdən sonra Azad Kərimov Daş Salahlı Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Ordumuzun giziri Kərimov Azad Zahid oğlu Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında törətdiyi təxribatlar nəticəsində Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə yüksəlib.
O, ailəli idi, iki övladı yadigar qalıb.
Əldə etdiyimiz məlumata görə, Azad Kərimovun həyat yoldaşı da şəhid qızıdır. Belə ki, gizir Kərimovun xanımı Qazax rayon Fərəhli kənd sakini, Birinci Qarabağ müharibəsi şəhidi Azər Hüseynovun övladıdır.
Bildirək ki, şəhidimizin qayınatası Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 1992-1996-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət edib. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olub. Evli olub. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayır.
12:23 / 21 Oktyabr 2026
12
12:22 / 21 Oktyabr 2026
26
12:20 / 21 Oktyabr 2026
30
12:13 / 21 Oktyabr 2026
35
12:07 / 21 Oktyabr 2026
42
12:01 / 21 Oktyabr 2026
180
11:55 / 21 Oktyabr 2026
145
11:53 / 21 Oktyabr 2026
44
11:44 / 21 Oktyabr 2026
56
11:41 / 21 Oktyabr 2026
58
11:38 / 21 Oktyabr 2026
62
11:37 / 21 Oktyabr 2026
60
11:26 / 21 Oktyabr 2026
62
11:10 / 21 Oktyabr 2026
557
11:10 / 21 Oktyabr 2026
67
11:09 / 21 Oktyabr 2026
125
11:00 / 21 Oktyabr 2026
62
10:44 / 21 Oktyabr 2026
77
10:36 / 21 Oktyabr 2026
176
10:35 / 21 Oktyabr 2026
66
10:28 / 21 Oktyabr 2026
112
10:26 / 21 Oktyabr 2026
86
10:20 / 21 Oktyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.