Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi

SON DƏQİQƏ! Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi

CƏMİYYƏT

1151

11.09.2022, 12:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Oxu24.com  xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.
Qərara əsasən Əvəz Zeynallı və Elçin Sadıqov Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əvəz Zeynallı və Elçin Sadıqov ötən gün prokurorluq orqanları tərəfindən saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.