Qubadlıda 40 əsgəri ilə birlikdə öldürülən erməni polkovnikin son saatları
21 Oktyabr 2026, 21:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
258
09.09.2022, 20:23
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon Dövlət Arxivinin müdiri İskəndərov Toğrul Çapar oğlu xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Müəyyən edilib ki, Toğrul İskəndərov qeyd olunan vəzifədə işləyərkən tanışı Bağır Şirəliyevlə qabaqcadan əlbir olaraq 2022-ci ilin avqust ayı ərzində vətəndaşın adına torpaq sahəsi ayrılmasına dair arxivdə olan sənədlər əsasında müvafiq arayışın verilməsi müqabilində rüşvət almışdır.
Habelə, Toğrul İskəndərovun qabaqcadan əlbir olduğu Bağır Şirəliyevlə birlikdə ayrı-ayrı vətəndaşlara müvafiq qurumlarda iş stajlarının olması barədə saxta arayışlar təqdim edərək onların 11 min 500 manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə, qeyd edilən qanunsuz hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə də əsaslı şübhələr müəyyən edilmişdir.
İlkin sübutlar əsasında Toğrul İskəndərov və Bağır Şirəliyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.1 (rüşvət alma), 32.4 312.2 (rüşvət verməyə təhrik etmə), 178.2.1, 178.2.2, 178.2.3 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə təkrar törədildikdə ) və digər maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə Toğrul İskəndərov barəsində həbs, Bağır Şirəliyev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.
Qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur.
21:38 / 21 Oktyabr 2026
82
21:25 / 21 Oktyabr 2026
48
21:15 / 21 Oktyabr 2026
44
21:12 / 21 Oktyabr 2026
408
21:06 / 21 Oktyabr 2026
66
21:04 / 21 Oktyabr 2026
60
21:02 / 21 Oktyabr 2026
76
20:59 / 21 Oktyabr 2026
63
20:49 / 21 Oktyabr 2026
76
20:42 / 21 Oktyabr 2026
61
20:39 / 21 Oktyabr 2026
291
20:39 / 21 Oktyabr 2026
64
20:33 / 21 Oktyabr 2026
70
20:28 / 21 Oktyabr 2026
157
20:27 / 21 Oktyabr 2026
400
20:25 / 21 Oktyabr 2026
67
20:22 / 21 Oktyabr 2026
64
20:14 / 21 Oktyabr 2026
73
19:59 / 21 Oktyabr 2026
380
19:45 / 21 Oktyabr 2026
87
19:34 / 21 Oktyabr 2026
120
19:24 / 21 Oktyabr 2026
97
19:09 / 21 Oktyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.