Səhiyyədə güzəşt müddəti bitir: Qiymətlər necə dəyişəcək?
21 Oktyabr 2026, 21:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
357
09.09.2022, 20:07
Alma şaftalıdan daha çox informasiya assosiasiya edir. O, xeyir və şər haqqında informasiya daşıyır, idrak məhsuludur. Cənnət alması deyilən alma növü var. Vitamin mənbəyidir. Almanın düşmə trayektoriyası Nyutona ümumdünya cazibə qanununu kəşf etməyə yardımçı oldu. iPhone-da dişlənmiş almanın şəkli var. Süni intellekt anlayışının müəllifi Türinq zəhərli almadan bir dişlək alarkən zəhərlənib və ölüb…
Yaxşı ki, Nyutonun başına şaftalı düşməyib.
Gələn dəfə sertifaksiya imtahanında ustad yazıçı Səməd Behrənginin kiçik dostuna danışdığı nağılı salmaq lazımdır. O nağılda, iki uşağın əkdiyi bir şaftalı tumunun cücərib böyüyərək ağac olana qədər baxın nələr gəlir başına:
“…Beləliklə, mən hərəkətdən və hərarətli əllərdən düşdüm, torpağın altında xoş və şirin yuxuya getdim ki, yazda daha hazırlıqlı və daha qüvvətli ayılım, cücərim, torpaqdan çıxıb Polad ilə Sahibəli üçün çoxmeyvəli ağac olum. Elə ağac ki, onun şaftalıları mənə baxanda, öz gözəlliyindən utanan qızların qızarmış yanağına oxşasın, sulu və iri olsun. Qışda gördüyüm yuxulardan yadımda bir şey qalmayıb. Ancaq o yadımdadır ki, yekə ağac olmuşam. Polad və Sahibəli mənim gövdəmə dırmaşıb budaqlarımı silkələyirlər. Ağacın ətrafında toplaşan yarıçılpaq kəndli uşaqları yerə tökülən şaftalıları götürüb ləzzətlə yeyirlər. Ağızlarının suyu sinələrinə tökülür, çılpaq qarınlarını və hətta göbəklərini də isladır…”
Müəllimlərin hər biri bu mətni oxuyub Elm və Təhsil nazirliyinin rəhbərliyinə danışsınlar. Sonra onların bilikləri ölçülsün. Sonra nazirliyin rəhbər şəxslərindən tutmuş sıravi işçilərə qədər hamısı mətndəki cümlələri sintaksis təhlil etsinlər. Sonra onların biliklərini yüksək bal toplayan müəllimlər yoxlasınlar. Nəticələr yaxşı olarsa, təhsildə “şaftalı ili” elan olunsun!
Etibar Əliyev, millət vəkili
22:23 / 21 Oktyabr 2026
17
22:18 / 21 Oktyabr 2026
30
22:12 / 21 Oktyabr 2026
31
21:56 / 21 Oktyabr 2026
44
21:45 / 21 Oktyabr 2026
56
21:38 / 21 Oktyabr 2026
157
21:25 / 21 Oktyabr 2026
112
21:15 / 21 Oktyabr 2026
73
21:12 / 21 Oktyabr 2026
1472
21:06 / 21 Oktyabr 2026
84
21:04 / 21 Oktyabr 2026
83
21:02 / 21 Oktyabr 2026
147
20:59 / 21 Oktyabr 2026
121
20:49 / 21 Oktyabr 2026
92
20:42 / 21 Oktyabr 2026
66
20:39 / 21 Oktyabr 2026
389
20:39 / 21 Oktyabr 2026
67
20:33 / 21 Oktyabr 2026
75
20:28 / 21 Oktyabr 2026
214
20:27 / 21 Oktyabr 2026
530
20:25 / 21 Oktyabr 2026
75
20:22 / 21 Oktyabr 2026
69
20:14 / 21 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.