Qaynar xətt:

(+99450) 247 90 86

Təhsil tələbə krediti almaq istəyənlərə şad xəbər - VİDEO

Təhsil tələbə krediti almaq istəyənlərə şad xəbər - VİDEO

CƏMİYYƏT

269

02.09.2022, 20:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu il ödənişli əsaslarla ali məktəblərə daxil olanlara şad xəbərimiz var. Təhsil tələbə krediti fondu tərəfindən kredit üçün tələb olunan balla bağlı dəyişiklik edilib. Bu yenilik ödənişlə bağlı problemlə üzləşən tələbələrin işini xeyli asanlaşdıracaq.

Bu ildən Təhsil Tələbə Krediti götürmək daha asan olacaq.

OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Təhsil Tələbə Krediti Fondunun maliyyə şöbəsinin müdiri Tehranağa Abdullayev bildirib ki, kredit üçün tələb olunan balı aşağı salınıb.

Onun sözlərinə görə, fondun Himayəçilər Şurasının ötən gün keçirilən iclasında 1-ci kurs tələbələrin ilk semestrdə standart təhsil tələbə krediti almaları üçün yeni bal həddi müəyyən edilib.
 

Şöbə müdiri qeyd edib ki, qəbul balı yalnız I kursun ilk semestri üçün keçərlidir. Növbəti semestrdən tələbənin qəbul balı deyil, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınacaq. Bu il ödənişli əsaslarla ali məktəbə qəbul olanlar portal.edu.az portal vasitəsilə qeydiyyatdan keçərkən təhsil tələbə kreditindən istifadə edəcəklərini də qeyd edə bilərlər.

Qeyd edək ki, sosial təhsil tələbə kreditindən yararlanmaq üçün heç bir bal limiti yoxdur.