Azərbaycanda üç vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
22 Oktyabr 2026, 03:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
262
02.09.2022, 15:05
Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu başlayıb.
OXU24.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edir.
Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edir.
Qeyd edək ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtalyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir.
“The European House – Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.
Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.
03:15 / 22 Oktyabr 2026
1
01:47 / 22 Oktyabr 2026
71
01:10 / 22 Oktyabr 2026
70
00:43 / 22 Oktyabr 2026
82
00:09 / 22 Oktyabr 2026
100
23:49 / 21 Oktyabr 2026
76
23:37 / 21 Oktyabr 2026
86
23:21 / 21 Oktyabr 2026
209
23:18 / 21 Oktyabr 2026
76
23:17 / 21 Oktyabr 2026
224
23:14 / 21 Oktyabr 2026
79
23:10 / 21 Oktyabr 2026
98
23:04 / 21 Oktyabr 2026
418
23:00 / 21 Oktyabr 2026
80
22:59 / 21 Oktyabr 2026
84
22:52 / 21 Oktyabr 2026
97
22:23 / 21 Oktyabr 2026
95
22:18 / 21 Oktyabr 2026
97
22:12 / 21 Oktyabr 2026
102
21:56 / 21 Oktyabr 2026
131
21:45 / 21 Oktyabr 2026
124
21:38 / 21 Oktyabr 2026
301
21:25 / 21 Oktyabr 2026
191
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.