Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73462
az

“Wolt” kuryerləri boykot elan ediblər: “Kölə kimi yaşayırıq...”

14:5302 Sentyabr, 2022
131
CƏMİYYƏT
  • A

“3 əsas tələb var. Bu tələblər yerinə yetirilmədiyi təqdirdə boykot davam edəcək”.

RegionXəbərləricom.az “Meydan TV”yə istinadən xəbər verir ki, bunu İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının koordinatoru Afiəddən Məmmədov “Wolt” kuryerlərinin boykot aksiyası zamanı deyib.

“Bu tələblər hansılardır? İkili sifarişlərdə hər sifariş götürüldüyü yerdən çatdırıldığı yerə qədər hesablansın; hər 100 metr üçün tarif 3 qəpikdən 6 qəpiyə qaldırılsın; yol xəritəsi “Waze” və “Google Maps” kimi tanınmış, etibar olunan proqramlarla təmin olsun. Bu 3 şərt təmin olunmadığı təqdirdə kuryerlərin boykotu davam edəcək”, - A.Məmmədov bildirib.

Kuryerlərin dediklərinə görə, “Wolt” avqustun 29-da gediş haqqının hesablanması üçün yeni üsula əl atıb. Artıq gedilən yol hava ilə yox, quru yolla ölçülür. Daima hava ilə ölçmədən gileylənən kuryerlər deyiblər ki, bu dəfə daha çətin vəziyyətə düşüblər.

“Avqustun 29-u işlədik və gördük ki, tarif bizə sərf eləmir. Əvvəlki hava məsafəsi hesablananda 4-4,50 AZN təşkil edən sifariş indi isə 2,50-2,70 AZN qədər aşağı düşüb”, - kuryerlərdən biri deyib.

Kuryerlərdən biri onlara hədə-qorxu gəlindiyini bildirib:

“Əgər bizim azad söz demək qabiliyyətimiz yoxdursa, cəmiyyət içində azad söz deyə bilmiriksə, onda belə çıxır ki, biz buruda kölə kimi yaşayırıq. Demədikcə, tələb etmədikcə bunlar deyirlər ki, belə də olmalıdır. Tələb etdikdə isə onların içində bəziləri var ki, bizə hədə-qorxu gəlirlər. Bir də görürsən ki, adamı birbaşa işdən çıxarırlar. Heç xəbərin də olmur”.

Etiraz edən kuryerlər şirkət nümayəndələri ilə görüş və tələblərinin qəbul olunmağını istəyirlər.

Qeyd edək ki, “Wolt” şirkətinin kuryerləri 3 gündür işi boykot elan ediblər. Onlar ötən gün etiraz aksiyası da keçiriblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub