Azərbaycanda üç vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
22 Oktyabr 2026, 03:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
259
02.09.2022, 11:04
Xəbər verdiyimiz kimi cari ilin may ayından başlayaraq “Qırmızı Ürəklər” Fondu (Red Hearts), Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Batareyaları təhvil ver, təbiəti qoru” adlı yeni layihəyə başlayıb. Layihə çərçivəsində istifadəyə yararsız elektrik batareyaları toplanıb, "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilir.
Layihənin başlamasından 4 ay keçməsinə baxmayaraq artıq 200 kiloqrama yaxın batareya vətəndaşlar tərəfindən marketlərdə quraşdırılan xüsusi qutulara atılıb. Bu isə təxminən 43 min kub metr ərazinin çirklənməsinin qarşısının alınması deməkdir. Əsas məqsəd işlənmiş batareyaları digər tullantılardan ayırmaq, onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirməkdir.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacib olan və maarifləndirici məqsəd daşıyan bu layihə ətraf mühitin qorunmasına kömək edir. Gələcəkdə analoji qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
03:15 / 22 Oktyabr 2026
1
01:47 / 22 Oktyabr 2026
71
01:10 / 22 Oktyabr 2026
70
00:43 / 22 Oktyabr 2026
82
00:09 / 22 Oktyabr 2026
100
23:49 / 21 Oktyabr 2026
76
23:37 / 21 Oktyabr 2026
86
23:21 / 21 Oktyabr 2026
209
23:18 / 21 Oktyabr 2026
76
23:17 / 21 Oktyabr 2026
224
23:14 / 21 Oktyabr 2026
79
23:10 / 21 Oktyabr 2026
98
23:04 / 21 Oktyabr 2026
418
23:00 / 21 Oktyabr 2026
80
22:59 / 21 Oktyabr 2026
84
22:52 / 21 Oktyabr 2026
97
22:23 / 21 Oktyabr 2026
95
22:18 / 21 Oktyabr 2026
97
22:12 / 21 Oktyabr 2026
102
21:56 / 21 Oktyabr 2026
131
21:45 / 21 Oktyabr 2026
124
21:38 / 21 Oktyabr 2026
301
21:25 / 21 Oktyabr 2026
191
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.