Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73439
az

İnsanların hərisliyinin kökündə dünyaya bağlılıq durur

19:3001 Sentyabr, 2022
138
CƏMİYYƏT
  • A

İnsanların hərisliyinin kökündə dünyaya bağlılıq dururTamahkarlığın köklərindən biri də dünyanın gözəlliklərinə və təzahürlərinə aşiq olmaqdır. Bu məhəbbət insanın daxilində işıqlandıqda, onu dünyanın maddi nemətlərinə hərislik və şəhvətə doğru aparır.

Belə olan halda insan bu istiqamətdə hərəkət etdikcə, dünya ləzzətlərinə qərq olur. Nəticədə, əsas yolu və məqsədi unudur.

Qurani-Kərim dünyapərəstliyi tənqid edir. Müxtəlif yollarla dünyapərəstlik barədə insanlara xəbərdarlıq etməyə çalışır. Çünki belə olan halda insan ancaq öz dünyası və şəxsi maraqlarına çatmağı düşünür. Onlara nail olmaq üçün bütün insani və mənəvi dəyərləri pozur.

Qurani-kərim bir çox hallarda dünya həyatını bir növ uşaq oyunu və əyləncə hesab edir. Necə ki, buyurur: "Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz? (Ənam, 32).

Başqa yerdə buyurur: "(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir" (Hədid, 20).
Ətraflı
Ad - 00:21

Əslində o, dünya əhlini hər şeydən qafil və bixəbər olan, ancaq əyləncə və oyunla məşğul olan və onların bir addımlığında mövcud olan təhlükələri belə görməyən uşaqlara bənzədir.

Bəzi təfsirçilər insan ömrünü (uşaqlıqdan qırx yaşa qədər) beş dövrə bölüblər və hər dövr üçün səkkiz il hesab edib deyirlər: Səkkiz il oyun-oyuncaqla oynayır. Səkkiz il qəflət və əyləncə ilə məşğuldur.

Səkkiz il gənclikdə zinət və gözəllik arxasınca gedir. Səkkiz il öyünür və fəxr edir. Nəhayət, son səkkiz ildə var-dövlətini və gücünü artırmağa can atır.

Burada insanın şəxsiyyəti formalaşır. Bu hal ömrünün sonuna qədər qala bilər. Nəticə etibarı ilə dünyapərəstlər üçün mənəvi və əbədi axirət həyatı haqqında düşünməyə vaxt qalmır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı