Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73398
az

“Ağır xəstəliyə düçar olmuşam” - Həbsdəki müğənni

18:5831 Avqust, 2022
113
CƏMİYYƏT
  • A

Hədə-qorxu ilə tələbetmə əməlində təqsirli bilinərək 3 il müddətə həbs cəzasına məhkum edilmiş müğənni Amid Sədanın apellyasiya şikayətinə baxılıb.

OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, sevgilisinə hədə-qorxu gələrək ondan 1500 manat pul və 700 manat dəyərində mobil telefonunu aldığına görə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə məhkum edilmiş gənc müğənninin şikayəti təmin edilməyib. Sumqayıt Apellyasiya Məhkəməsi ona təyin edilmiş cəzanı qüvvədə saxlayıb.

Apellyasiya Məhkəməsində Amid Səda ağır xəstəliyə düçar olduğunu və ondan şikayət etmiş xanımla barışmasını birinci instansiya məhkəməsinin nəzərə almadığını bildirib.
Ətraflı
Ad - 00:12

Qeyd edək ki, Ağcabədi rayon sakini olan 2002-ci il təvəllüdlü Amid Səda bir müddət əvvəl "TikTok" sosial şəbəkəsində Lalə (şərti adlı) adlı qızla tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Onlar müxtəlif yerlərdə görüşüblər. Ötən ilin sonlarında isə Amid Laləni şantaj edərək onun intim görüntülərini sosial şəbəkələrdə yayacağını bildirib və 2 min manat tələb edib. Qohumları və tanışları arasında rüsvay olacağını düşünən gənc qız keçmiş sevgilisinin hədələrinin real olduğunu düşünərək Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində onunla görüşərək 1500 manat pul və 700 manat dəyəri olan "Samsung" markalı mobil telefonunu ona verib.

Abşeron Rayon Məhkəməsinin 3 iyun 2022-ci il tarixli hökmü ilə Amid Sədaya 3 il müddətə həbs cəzası verilib.

A. Səda gənc müğənni kimi populyarlıq qazanıb, onun yutub platformasında yerləşdirdiyi mahnı və kliplərinə yüz minlərlə baxış gəlib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Bakıda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Rəşad Dağlı əfv olunacaq? - “Hər şey ola bilər”