Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73367
az

Çuğundur şirəsinin nadir xüsusiyyətləri və düzgün qəbulu

22:1729 Avqust, 2022
149
CƏMİYYƏT
  • A

Çuğundur şirəsi ən xeyirli şirələrdən biridir. Lakin bu şirədən fayda almaq üçün onu düzgün qəbul etmək lazımdır.

Həkimlərin fikirinə görə, çuğundur və onun şirəsi xənçəng əleyhinə təsirə malikdir.

Çuğundur şirəsi qara ciyər üçün çox faydalıdır - qara ciyəri yaxşı təmizləyir, fəaliyyətini yaxşılaşdırır, qara ciyərin piylənməsinin qarşısını alır. Qara ciyəri möhkəmləndirmək və təmizləmək məqsədi ilə 2 həftə ərzində çuğundur şirəsini için. 50 qr təzə çuğundur şirəsi 50 qr balqabaq şirəsi ilə qarışdırılır, 1 çay qaşığı bal əlavə olunur və hər səhər acqarına qida qəbulundan 20 dəqiqə əvvəl içilir.

Saglamolun.az bildirir ki, çuğundur şirəsinin daim qəbulu damarların vəziyyətinə çox yaxşı təsir edir - təmizləyir, elastikliyini artırır, varikoz xəstəliyi zamanı çox faydalıdır.

Çuğundur və onun şirəsi pektinlərlə zəngindir. Pektinlər orqanizmi ziyanlı maddələrdən - toksinlərdən, şlaklardan, ağır metallardan - təmizləyir.

Çuğundur şirəsi skleroz əleyhinə təsirə malikdir.

Çuğundur şirəsi hipertoniya zamanı ən yaxşı təbii müalicəvi vasitə sayılır. Hipertoniyadan əziyyət çəkən insanlar tez-tez çuğundur şirəsini içməlidir.

Bu şirə qanın tərkibinə də çox müsbət təsir edir.
 

Britaniya alimləri çox maraqlı kəşf etdilər - çuğundur şirəsi  təbii enerji içkidir. Araşdırmalar nəticəsində məlum oldu ki, çuğundur şirəsinin daim qəbulu orqanizmin davamlılığını artırır, insana əlavə enerji, güc verir.

Çuğundur şirəsi böyrəklər üçün də çox faydalıdır.

Artıq çəkisi olan insanlar da bu şirədən faydalana bilər - çuğundur şirəsinin tərkibində olan maddələr yağların parçalanmasını sürətləndirir.

Çuğundur şirəsi immun sisteminin fəaliyyətinə də çox müsbət təsir edir, iltihab və virus əleyhinə təsirlərə malikdir.

Klimaks zamanı çuğundur şirəsinin daim qəbulu qadının vəziyyətini yaxşılaşdırır.

Çuğundur şirəsi çox güclü vasitə sayılır və bu səbəbdən onu düzgün qəbul etmək lazımdır. Belə ki, çuğundur şirəsini mütləq digər şirələr (kök, alma, xiyar, balqabaq) və ya su ilə yarıbayarı qarışdırmaq lazımdır.

Nəzərinizə çatdıraq ki, bəzi xəstəliklər və pozulmalar zamanı (podaqra, artrit, mədə şirəsinin turşuluğunun artması, hipotoniya, ishal) çuğundur şirəsinin daim qəbulu insanın vəziyyətinə mənfi təsir edə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan 13 milyon manatlıq təcili tibbi yardım maşınları alacaq
Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Sabiq rəisin cəzası- 2 il 6 ay artırıldı