Yüksək vəzifəyə TƏYİNAT OLDU
23 Oktyabr 2026, 11:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
373
29.08.2022, 13:27
Fermerlərin maddi rifah halının yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin tapşırığına əsasən, pambıqçılığın dəstələnməsi istiqamətində növbəti addım addım atılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr nəticəsində məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.
Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2022-ci ilin məhsulu üçün
1-ci növün qiyməti 750 manatdan 800 manata,
2-ci növün qiyməti 730 manatdan 780 manata,
3-cü növün qiyməti 690 manatdan 740 manata,
4-cü növün qiyməti 650 manatdan 700 manata qaldırılıb.
Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.
Qeyd edək ki, pambığın fermerlərdən alış qiyməti bu il ikinci dəfə artırılır. 2022-ci ilin yanvar ayında şirkətlər 2022-ci ilin məhsulu üçün alış qiymətlərini hər tona görə 50 manat qaldırmaq barədə qərar qəbul etmişdi.
Beləliklə, pambıqçı fermerlər bu il yetişdirdikləri məhsulun hər tonunu ötən ilə nisbətən 100 manat baha satacaq və xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür.
Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödəniləcək.
Bu il Azərbaycanda 100 min hektardan artıq sahədə pambıq əkilib. Gələn aydan respublikada kütləvi pambıq yığımına start veriləcək.
11:23 / 23 Oktyabr 2026
34
11:19 / 23 Oktyabr 2026
38
11:17 / 23 Oktyabr 2026
112
11:05 / 23 Oktyabr 2026
59
10:55 / 23 Oktyabr 2026
275
10:50 / 23 Oktyabr 2026
68
10:31 / 23 Oktyabr 2026
108
10:29 / 23 Oktyabr 2026
74
10:25 / 23 Oktyabr 2026
181
10:24 / 23 Oktyabr 2026
72
09:54 / 23 Oktyabr 2026
75
09:48 / 23 Oktyabr 2026
456
09:46 / 23 Oktyabr 2026
172
09:41 / 23 Oktyabr 2026
75
09:28 / 23 Oktyabr 2026
87
09:26 / 23 Oktyabr 2026
148
09:23 / 23 Oktyabr 2026
76
01:23 / 23 Oktyabr 2026
235
01:06 / 23 Oktyabr 2026
96
00:56 / 23 Oktyabr 2026
103
00:14 / 23 Oktyabr 2026
106
00:00 / 23 Oktyabr 2026
133
23:58 / 22 Oktyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.