Qaynar xətt:

(+99450) 247 90 86

Kompüterdə proqramsız ekran videosu çəkmək qaydası - VİDEO - FOTO

Kompüterdə proqramsız ekran videosu çəkmək qaydası - VİDEO - FOTO

CƏMİYYƏT

403

28.08.2022, 14:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əgər siz də kompüterinizdə hər hansısa iş gördükdə ekran videosu çəkmək istəyirsizsə, bu yazını oxuyun.

OXU24.COM Trend-ə istinadən xəbər verir ki, bunun üçün heç bir proqrama ehtiyac yoxdur.

Bu sayta //screenapp.io/#/ daxil oluruq. Açılan pəncərədən "get started" klikləyirik. Ekran seçimlərində "Screen only" və "Screen and webcam" var.

Bunlar nədir? "Screen only" olanda ancaq ekran videosu çəkir. "Screen and webcam" seçəndə həm ekranı, həm özünüzü görüntüləyir.

Səs tərəfində "no audio" yazılıb. Daxil oluruq. Burada "Microphone Audio" (mikrofonun səsi) "Browser Audio" (brauzerin səsi) "System Audio + Microphone Audio" (Sistem səsi və mikrofon səsi) seçimlər var. Burada sizə uyğun olanını seçirsiz.

Mən "Microphone Audio" yazılanı seçirəm. "Start Recording Automatically" bu seçimi etməlisiz. Daha sonra "Share Recording Automatically" yazısını klikləyirik.


Gələn bildirişə icazə veririk. Və ekran seçib qəbul edirik. "Paylaş" klikləyirik. Yuxardakı bildirişə icazə veririk. Daha sonra videonuzu çəkə biləcəksiniz.