Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73332
az

Lateks allergiyası

09:5528 Avqust, 2022
137
CƏMİYYƏT
  • A

Bu toxunma zamanı meydana çıxan allergik xəstəlikdir. Lateks allergiyası insanın kauçuk, sintetik və ya rezin əşyalara toxunduğu zaman meydana çıxır. Buna görə də insanların tərkibində kauçuk olan maddələrin adlarını bilməsi vacibdir. Çünki bəzi insanlar bilməyərəkdən dəfələrlə allergiyanın bu növünə mübtəla olurlar.
Əlamətləri:
Lateksə allergiyası olan adamlar tərkibində kauçuk olan rezin əşyalara toxunduğu zaman dəriləri qızarır, şişkinləşir, qaşınır. Qızartıların sahəsi və allergik reasiyalar lateksin tərkibinin az və ya çox olmasından çox asılıdır.
Hətta bəzi həssas adamlarda rezinin iyi gəldikdə belə aşağıdakı əlamətlər meydana çıxır:
* asqırma
* burun axması
* gözlərdə sulanma
* boğazda qıcıqlanma
* öskürək.
Lateks allergiyası, lateks maddəsinin orqanizm tərəfindən qəbul edilməməsi səbəbindən baş verir. Dəri və burun vasitəsilə orqanizmə daxil olan sintetik kimyəvi maddənin qoxusu və ya tozcuqları qanda antitcimləri qıcıqlandırır və allergik reaksiyaya səbəb olur. Burun vasitəsilə iylədikdə rinit və konyuktvit əlamətləri, toxunduqda isə dermatit əlamətləri meydana çıxır.
Bəs allergiyaya səbəb olan bu maddə nəyin tərkibində olur?
- idman ayaqqabılarında
- maşın təkərlərində
- rezin toplarda
- rezin əlcəklərdə
- rezin şarlarda
- rezin oyuncaqlarda
- rezin tibbi avadanlıqlarda
- sintetik xalçalarda
- sintetik parçalarda
- plastmas şüşələrdə
- pamperslərdə
- prezervativdə
- üzgüçülükdə istifadə olunan eynəklərdə
- velosipedlərin tutacaqlarında.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov daha bir qərar imzaladı
"Dəmiryol nəqliyyatı haqqında Nizamnamə" təsdiqləndi
Əli Əsədov qərar imzaladı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı