Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73204
az

“Müşfiqin boynuna külli miqdarda pul qoyulub” - İntihar edən həkimin ailəsi

19:0825 Avqust, 2022
99
CƏMİYYƏT
  • A

Lənkəranda intihar edən stomatoloq, 1989-cu il təvəllüdlü Bağırov Müşfiq Zaman oğlunun ailəsi onun ölümü və istintaqla bağlı açıqlama verib.

OXU24.COM bildirir ki, qafqazinfo-ya müraciət edən mərhumun ailəsi onun hədə-qorxu səbəbindən həyatına qəsd etdiyini bildirib:

"Hazırda faktla bağlı istintaq tədbirləri getdiyinə görə bəzi məsələləri tam açıqlaya bilmirik. Amma bir şeyi deyə bilərik ki, Müşfiqin boynuna külli miqdarda pul vəsaitini verməsini qoymaqla ona təzyiq edilib. Bu məcburiyyət qarşısında qalan Müşfiq valideynlərinə, yaxınlarına başına gələnləri bildirmək istəməyib və intihar edərək həyatına son qoyub. Bununla bağlı kifayət qədər dəlil-sübutlar da var. Həmin sübutlar, yazışmalar, Müşfiqin istifadəsində olan mobil telefonu prokurorluq əməkdaşları tərəfindən araşdırılması üçün götürülüb. Hadisə baş verdikdən dərhal sonra Müşfiqin çiyələk biznesi ilə məşğul olması və bununla bağlı intihar edə biləcəyi barədə məlumatlar yayıldı. Bildirmək istəyirik ki, bu barədə deyilənlər məsuliyyətdən yayınmaq istəyən şəxslər tərəfindən ortaya atılan şayiələrdir. Müşfiq avtomobil biznesi ilə məşğul olub və stomatoloq kimi fəaliyyət göstərib. Onun atası və qardaşı da stomatoloqdur.

Biz Lənkəran prokurorluğundan, Baş prokuror Kamran Əliyevdən xahiş edirik ki, bu məsələ tam araşdırılsın, Müşfiqi intihara vadar edən şəxslər məsuliyyətə cəlb edilsin".

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirildi ki, hazırda qeyd edilən faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub