Qaynar xətt:

(+99450) 247 90 86

Kəmaləddin Heydərov generalı rəis təyin etdi

Kəmaləddin Heydərov generalı rəis təyin etdi

CƏMİYYƏT

350

24.08.2022, 21:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyində kadr dəyişiklikləri olub.  

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi vəzifəsinə isə Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli təyinat alıb.