Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov dövlət ümümi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin, eləcə də sertifikatlaşdırma nəticəsinə görə təhsil müəssisələrinin müəllimlərinin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi ilə bağlı sosial media platformalarında qeyd edilən bir çox sualları cavablandırıb.
OXU24.COM xəbər verir ki, bu haqda o, feysbuk hesabında yazıb:
1. MİQ ilə işə qəbul olan müəllimlərə də aiddir?
- Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına və dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına uyğun olaraq sertifikatlaşdırılması prosesinin nəticələrinə uyğun olaraq təhsilverənlərin əməkhaqqına əlavə nəzərdə tutulub.
2. Artımın məbləği nə qədərdir?
Direktor və direktor müavinləri:
Təhsilalanların sayı (hər il yanvarın 1-i tarixinə)
Direktorun vəzifə maaşına aylıq əlavə (manatla)
Direktor müavininin vəzifə maaşına aylıq əlavə
(manatla)
500-dən 700-dək
600
200
700-dən 900-dək
750
250
900-dən 1300-dək
900
300
1300-dən 1700-dək
1050
350
1700-dən 2100-dək
1200
400
2100-dən 2500-dək
1350
450
2500-dən çox
1500
500
Təhsilverənlər:
Ətraflı
Sertifikatlaşdırmanın nəticəsi üzrə
Dövlət ümumi təhsil
müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)
keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərə 35%
keçid balını toplamış digər təhsilverənlərə 10%
3. Bu artım ancaq sertifikasiyadan keçən bölgələrə aiddir?
- Vəzifə maaşına əlavənin verilməsi təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş şəxslərə aiddir.
4. Sertifikasiyadan keçməyən digər bölgələrin müəllimlərinə nə zaman şamil ediləcək?
- Təhsilverənlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə həyata keçirilir. Əməkhaqqında əlavənin verilməsi təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş şəxslərə aiddir.
5. Nə qədər bal toplamalısan ki, maaşda artım edilsin?
- Təhsilverənlərin sertifikatlaşdırılması prosesində keçidbalınıtoplamış təhsilverənlərin vəzifə maaşına 10 faiz, keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş təhsilverənlərin vəzifə maaşına 35 faiz artım edilməsi nəzərdə tutulmuşdur.
6. 5 ili tamam olmayan müəllimlərə şamil ediləcəkmi?
- Təhsilverənlər işə qəbul olduqdan sonra 5 il müddətində bu prosesdən azaddırlar. Bu səbəbdən həmin şəxslərə aid edilməyəcək.
7. Bütün direktor və müavinlərə aiddir, yoxsa sertifikasiyadan keçənlərə?
- Bütün ümumi təhsil müəssisələrində direktor ve direktor müavini vəzifəsində çalışan şəxslərin əmək haqqına əlavənin məbləği təhsilverənlərin sayına uyğun olaraq müəyyənləşdirilmişdir.
8. Vəzifə maaşına aylıq əlavə nə deməkdi? Yəni edilən əlavə məzuniyyət puluna hesablanmayacaq?
- Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş aylıq əlavələr məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır.
9. Bu artım məktəb psixoloqlarına, uşaq birliyi rəhbərinə də şamil edilir?
- İlkin mərhələdə yalnız müəllimlərin sertifikatlaşdırılma prosesində iştirakı nəzərdə tutulmuşdur.
10. Bağça müəllimlərinin də maaşı artacaq ya ancaq sinif müəllimlərinin?
- Ümumi təhsil müəssisələrində çalışan rəhbər heyətin (direktor, direktor müavini) və təhsilverənlərin vəzifə maaşına əlavənin hesablanması nəzərdə tutulmuşdur.
11. Qərar nə zamandan qüvvəyə minir?
- Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında qərar 2022-ci il sentyabr ayının 1-dən qüvvəyə minəcək.
12. Diaqnostikadan keçən müəllimlərədə aiddir?
- Təhsilverənlərin vəzifə maaşına əlavələr təhsilverənlərin sertifikatlaşdırılmasından keçmiş şəxslərə aiddir.
13. İcma əsaslı məktəbəqədər təhsil müəllimlərinə şamil ediləcək?
- Müvafiq fərman yalnız ümumi təhsil müəssisələrində çalışan rəhbər heyətə (direktor, direktor müavini) və təhsilverənlərə aiddir.
14. MİQ imtahanından keçənlər sertifikasiyadan keçmiş sayılmır?
- Təhsilverənlər işə qəbul olduqdan sonra 5 il müddətində bu prosesdən azaddırlar.
15. Məktəbdənkənar müəssələrə aiddir bu fərman?
- Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı və dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı ümumi təhsil müəssisələrində çalışan direktor, direktor müavini və təhsilverənlərə aiddir.
Oxu24.com
ŞƏRHLƏR