Qaynar xətt:

(+99450) 247 90 86

10 kənd alovlar içində - Şabran və Qubada dəhşətli yanğın - FOTOlar

10 kənd alovlar içində - Şabran və Qubada dəhşətli yanğın - FOTOlar

CƏMİYYƏT

368

22.08.2022, 19:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

OXU24.COM  Şabran və Qubanın kəndlərini əhatə edən meşə yanğının bu günə olan son vəziyyətinin xülasəsini təqdim edir:

- Meşə yanğını zamanı başlıca olaraq Şabranın Dağ Bilici kəndində 7 ailənin əmlakına ciddi zərər dəyib və 1 ev təmamilə yanıb kül olub. Xeyli ev heyvanı isə tələf olub. Təxminən əlavə olaraq 10 kəndin əkin sahələri alovlar içində qalıb. 

- Yanğın hələ də davam edir. Bəzi yerlərdə yanğın lokallaşdırılıb, ancaq bəzi hissələrdə əvvəlcədən söndürülmüş meşəlik ərazilər yenidən alovlanıb. Hazırda Şabranın Çayqışlaq kəndindən Dağ Bilici kəndi istiqamətinə 2 hissədə yanğın yayılmaqda davam edir.

 

Həmçinin, Qalaaltı kəndinin cənub qərb hissəsində və Çayqışlaq kəndindən şimal istiqamətə yanğının davam etdiyi bildirilir. 

Ümumilikdə, 1000 hektardan artıq ərazi yanıb.

Məqaləyə dair fotomateriallar: