Prezidentin geri qaytardığı qanun qəbul edildi - Hansı dəyişikliklər oldu?
23 Oktyabr 2026, 19:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
405
22.08.2022, 17:22
Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli mərhum atası - aktyor və rejissor, Xalq artisti Şəmsi Bədəlbəyli ilə bağlı xatirələrini bölüşüb.
OXU24.COM xəbər verir ki, sənətkar kulis.az-a müsahibəsidə Şəmsi Bədəlbəylinin son günlərini belə xatırlayıb: "Mən dəqiq bilmirəm, amma niyəsə yaralı getdi. Heç nə başa düşmədim. Yəqin intriqalar... Özü heç nə demirdi. Çox qapalı insan idi. Mərd idi, heç nədən şikayət etməzdi. Nədənsə narazılıq etdiyini, təəssüfləndiyini görməmişəm. Heyif, gözəl aktyor idi".
F. Bədəlbəyli atasının ölümündə bəzi məmurların əlinin olduğunu qeyd edib: "Ağır günlər idi. Ona görə də mən o günləri həmişə unutmağa çalışmışam. Teatr Xadimləri İttifaqının qurultayı idi. Onu seçməliydilər, Şəmsi bəy ən sanballı namizəd idi. Mərkəzi komitədən zəng gəldi ki, ayrı bir adam seçilsin. Özü də son dəqiqədə. Birdən- birə ağappaq oldu, çox sıxıldı. Onu götürüb getdik evə. Maraqlı bir hadisə baş verdi, konyak götürüb açmaq istədim, şüşə partladı. Onun ömrünün qısalmağında bəzi məmurların əli var. Həmin hadisədən bir il sonra vəfat etdi. Son gün onu xəstəxanaya apardım. Dedilər ki, darıxmayın, yaxşı olacaq. Ona həddindən çox dərman verdilər, təzyiqi çox düşdü aşağı, ürəyi dözmədi. Qayıtdım evə, birdən Sevda xanım zəng elədi. Dedi xəbərin yoxdur? Atana nəsə olub, get ora. Artıq başa düşdüm".
19:51 / 23 Oktyabr 2026
9
19:38 / 23 Oktyabr 2026
34
19:25 / 23 Oktyabr 2026
39
19:17 / 23 Oktyabr 2026
47
19:02 / 23 Oktyabr 2026
96
18:44 / 23 Oktyabr 2026
70
18:33 / 23 Oktyabr 2026
74
18:24 / 23 Oktyabr 2026
75
18:16 / 23 Oktyabr 2026
78
17:52 / 23 Oktyabr 2026
78
17:47 / 23 Oktyabr 2026
306
17:21 / 23 Oktyabr 2026
1966
17:15 / 23 Oktyabr 2026
81
17:10 / 23 Oktyabr 2026
82
16:56 / 23 Oktyabr 2026
137
16:41 / 23 Oktyabr 2026
79
16:38 / 23 Oktyabr 2026
99
16:28 / 23 Oktyabr 2026
336
16:25 / 23 Oktyabr 2026
91
16:24 / 23 Oktyabr 2026
90
16:13 / 23 Oktyabr 2026
131
16:10 / 23 Oktyabr 2026
80
16:03 / 23 Oktyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.