Qazaxda TIR yandı
23 Oktyabr 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
329
18.08.2022, 00:24
“ABŞ və Avropa İttifaqının Rusiya ilə təmaslarını sıxlaşdıran Türkiyəyə sanksiya tətbiq edəcəyi ehtimalı çox aşağıdır”.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın “Rossiyskaya qazeta” nəşri yazıb.
Məqalədə deyilir ki, Qərb Rusiya ilə Türkiyə arasında artan əlaqələrdən faydalana bilər.
Rusiyalı siyasi ekspert İvan Starodubtsevə görə, Türkiyə ən azı inandırıcı şəkildə iki oyunçu arasında balans yaratmağa çalışan ağıllı siyasət yürüdür: “Bundan əlavə, Ankara xüsusilə taxıl müqaviləsi vasitəsilə özünü effektli şəkildə təqdim edə bilir”.
Onun sözlərinə görə, Qərb siyasətçiləri Türkiyənin Rusiyaya qarşı sanksiyalardan yayınmasından narahatlıqlarını bildirsələr də, avropalı iş adamları qazancda maraqlıdırlar və bu durumdan istifadə etməyə çalışırlar.
Starodubtsev Türkiyəyə qarşı sanksiyaların tətbiq ediləcəyinə şübhə ilə baxır:
“Birincisi, strateji malları sanksiyaya məruz qalan, amma ölkənin inkişafı üçün önəmi az olan mallardan fərqləndirmək lazımdır. Demək olar ki, heç bir tərəf bunlara nəzarət etməyəcək. Türkiyə çox güman ki, Rusiyaya xüsusi nəzarət altında olmayan zəruri malların idxalına kömək edəcək. Qərb ölkələrinə gəlincə, onlar guya Rusiyaya strateji malların ixracını əngəlləməyə çalışacaqlar, amma ayaqda qalmaq üçün mübarizə aparan Avropa biznesi buna göz yumacaq”.
Ekspertin fikrincə, ikinci dərəcəli sanksiyalar təhlükəsi çətin ki, vəziyyəti dəyişsin: “Mütləq sanksiyaların sərtləşdirilməsi mexanizmi ortaya atılacaq, amma təcrübə göstərir ki, insanlar bunları pozacaqlar”.
Starodubtsev onu da bildirir ki, Ankara qanuni olaraq pul qazanmaq və bazarı genişləndirmək üçün çalışacaq, eyni zamanda bunu edərkən heç bir riskə getməyəcək.
Qeyd edək ki, ötən günlərdə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüş Qərb ölkələrində rezonans doğurub. Bəzi Avropa ölkələrinin media qurumları bundan sonra Türkiyəyə sanksiyaların tətbiqinin mümkünlüyünü gündəmə gətiriblər
21:36 / 23 Oktyabr 2026
1
21:20 / 23 Oktyabr 2026
43
21:17 / 23 Oktyabr 2026
62
20:52 / 23 Oktyabr 2026
63
20:43 / 23 Oktyabr 2026
65
20:33 / 23 Oktyabr 2026
185
20:25 / 23 Oktyabr 2026
72
20:21 / 23 Oktyabr 2026
72
20:10 / 23 Oktyabr 2026
41
20:06 / 23 Oktyabr 2026
78
19:51 / 23 Oktyabr 2026
89
19:38 / 23 Oktyabr 2026
120
19:25 / 23 Oktyabr 2026
79
19:17 / 23 Oktyabr 2026
84
19:02 / 23 Oktyabr 2026
120
18:44 / 23 Oktyabr 2026
86
18:33 / 23 Oktyabr 2026
92
18:24 / 23 Oktyabr 2026
87
18:16 / 23 Oktyabr 2026
97
17:52 / 23 Oktyabr 2026
89
17:47 / 23 Oktyabr 2026
383
17:21 / 23 Oktyabr 2026
2048
17:15 / 23 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.