Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73055
az

Bel yırtığına daha çox kimlərdə rast gəlinir? – CAVAB

11:5817 Avqust, 2022
206
CƏMİYYƏT
  • A

Bel yırtığı - fəqərələr arasındakı diskin çölə doğru yırtılmasıyla (sürüşməsiylə) ayağa doğru gedən sinirlərin sıxışmasına səbəb olan ağrılı vəziyyətin adıdır.

Bel ağrısı, beldən tək və ya iki ayağa doğru yayılan ağrıya səbəb olur ki, buna siyatalgiya deyilir. Disk Herniası (bel yırtığı) refleks, duyğu ya da əzələ gücü itkisiylə gedən sinir funksiya itkisinə səbəb ola bilər.

Lent.az-ın "Bir sual bir cavab" rubrikasında növbəti mövzu bel yırtığı bağlıdır.

Bel yırtığının klinikası

Əsas əlamət belinizdəki ağrıdır:

- Birdən ortaya çıxsa və ya üç aydan qısa davamlı isə, istirahət halında ikən rahat, ancaq hərəkət etməyə başladığınızda (corab geyərkən, ayaqqabı bağlayarkən, gəzmək, oturub-qalxmada, ayağınızı havaya qaldırarkən-nərdivan çıxıb enərkən kimi) ağrı ortaya çıxıb və dayanıb istirahət etdiyinizdə keçirsə,

- Belinizdəki ağrı bel-ombadan aşağıya dizə doğru yayılır hətta bəzən topuğunuza qədər enirsə,

- Adətən ağrı tək, bəzən iki ayağa doğru vurursa.

Bel yırtığı çox irəliləsə, düşək ayaq, iqtidarsızlıq, əzələlərdə gücsüzlük ilə tez yorulma, sidiyini tuta bilməmə, müvazinət pozğunluğu ortaya çıxa bilər.

Kimlərdə daha çox rast gəlinir?

35-50 yaşlarında və çox kilolu-uzun boylularda daha çox rast gəlinir.

Adətən beli məcbur edən və ya səhv hərəkətlər, həddindən artıq kilolu olmaq, belə çox yük minməsi ilə yük daşımaq, ev xanımı və ya əksinə davamlı oturaraq masa arxasında işləyənlərdə, sürücülər, uzun müddət ayaqda qalan müəllim kimi müəyyən peşə qruplarında, sıx stressli işlərdə işləyənlərdə və hamiləlik zamanı ortaya çıxır.

Bel yırtığının diaqnozu necə qoyulur?

Diaqnoz ilkin olaraq şikayətlərə əsasən qoyulur.Diaqnozu təsdiqləmək üçün KT və MRT müayinə üsulları tətbiq olunur.

Bel yırtığı zamanı müalicə taktikası

Bel yırtığının erkən mərhələsində, yəni bel və ayaq ağrısının olduğu, ancaq hələ uyuşma və ya düşən ayaq kimi nevroloji əlamətlərin olmadığı xəstələrdə yataq istirahəti (seçimə görə onurğanın şəklini alan viskoz-elastik yataqlar), iltihab əleyhinə təsirli ağrı kəsici və əzələ boşaldıcı dərmanlar (mədə qorunaraq) verilir.

Məcbur edici hərəkətlərdən çəkinmək məsləhətdir. İrəli mərhələlərdə isə xəstənin müayinə, ENMG (elektro-nevromiomgrafiya) və MRT əlamətlərinə görə müalicə planı həyata keçirilir.

Ağrı çox olduqda və ağızdan qəbul olunan dərman müalicəsinə bir həftə ərzində cavab olmadıqda, həmçinin qısa seans fizika müalicə tətbiqindən da fayda görülmürsə, o bölgəyə sıxışan sinirin ətrafındakı ödemi götürən və ağrıya təsirli dərman vurulur - "lomber epidural inyeksiya" və "transforaminal inyeksiya" kimi.

Əməliyyat son həlldir. Ancaq bəzən xəstə irəli mərhələdə gəlmiş və ciddi sinir sıxılması əlamətləri varsa nadir hallarda ilk müdaxilə də ola bilər. Ancaq bel yırtığı xəstələrinin, yalnız 1-5%-nin əməliyyata getdiyi unudulmamalıdır. Yəni bel yırtığı xəstələrinin çox azına əməliyyat lazımlıdır.

Bəzən isə cərrahi müalicə qərarında gecikildiyində, qalıcı zədələr yarana bilər.
 

Əməliyyatın riski varmı?

Bu əməliyyatın mütləq neyrocərrah etməlidir. Bir çox cərrahi müdaxilə üsulu var. Tətbiq olunacaq cərrahi müdaxilə xəstənin yaşı, çəkisi, yanaşı xəstəlikləri kimi vəziyyətlər göz önünə alınaraq cərrah tərəfindən ediləcək əməliyyatın növünə qərar verilməlidir. Bu şəkildə müvəffəqiyyət da artacaqdır.

Əməliyyatdan sonra şikayətlər keçirmi?

Əməliyyatın müvəffəqiyyəti sinir təzyiqinin nə qədər erkən mərhələsində aradan qaldırılmasından və ya xəstəyə bağlı bəzi mənfi vəziyyətlərin olmasından (həddindən artıq kilolu deyilsə, erkən mobilizasyon və xəbərdarlıqlara ciddi şəkildə riayət edirsə) və həkimin bu mövzuda təcrübəli olması ilə əlaqəlidir. Ümumiyyətlə ölkəmizdə bu əməliyyat mütəxəssisi cərrahlar əlində müvəffəqiyyət ilə tətbiq olunan əməliyyatlardır.

Bel yırtığından qorunmaq üçün nələr etməliyik?

Bel, boyun və kürək əzələlərinizi, ayaq əzələlərinizi gücləndirici məşqlər təklif edilir. Bu şəkildə güclü əzələlərlə, onurğaya düşən yükü azalda bilərsiniz.

- Əgər siqaret çəkirsinizsə, buraxın; siqaret bel ağrısı ilə uyğunluq təmin edən bir faktordur.

Əgər artıq çəkiniz varsa, ideal kilonuza enərək forma saxlayın. Bu şəkildə onurğaya düşən yükü azaldaraq, yırtıq inkişafını önləmiş olarsınız.

- Bədəninizə lazım olan diqqəti göstərin, məşq edin, doğru qidalanın və sağlam bir həyat tərzi davam etdirin.

Məsləhətər:

- Çox alçaq (çox alçaq tualet kimi) və ya çox yüksək yerlərə oturmayın.

- Oturarkən belinizi yastıq ilə dəstəkləyin.

- Yerdə yatmayın.

- Yerə əyilmələrinizdə belinizi deyil, diz və ombadan dəstək alın.

- Yerdən bir əşya qaldırarkən belinizi əyməyin, diz və ombanızdan bükülü əyilin və ya çöməlin, cismi gövdəyə yaxınlaşdırıb bu şəkildə qalxın.

- Yük daşıyarkən iki əlinizə bərabər yük alın.

- Yatağa yatarkən əvvəl oturun, ayaqlarınızı qarınınıza çəkərək yan yatın və sonra kürək üstü uzanın (yataqdan qalxarkən də tam tərsini tətbiq edin).

- Bir əşyanı çəkmək və ya itələməkdən qaçın.

- Yuxarıdan bir əşya almanız lazım olsa dartınmaq yerinə ayaqlarınızın altına bir möhkəm stul qoyaraq qalxın və əşyanı götürün.

- Qadınlara - Dikdaban ayaqqabı geyinməyin.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
82 min manata yaxın     dələduzluq      edildi