Zaqatalaya güclü leysan və dolu yağıb - VİDEO
24 Oktyabr 2026, 01:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
442
09.08.2022, 23:10
2022-ci ildə əməkhaqlarında yüksək artımın qeydə alınması belə deməyə əsas verir ki, növbəti ildən pensiyalarda da böyük artım baş verəcək. Qaydalara əsasən, hər il pensiyalar əməkhaqlarında baş verən artım göstəricisinə uyğun olaraq indeksləşdirilərək artırılır. Məsələn, əgər maaşlar 10 faiz artıbsa, növbəti ildən pensiyalarda da 10 faizlik artım olur.
OXU24.COM Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə maaşlarda artım sürəti böyükdür və aybaay artım sürəti bir qədər də güclənir. Yanvar ayında maaşlar orta hesabla 10,3 faiz artdığı halda, birinci rübün sonunda 13,4 faiz, yanvar-mayda 14 faiz, ilin birinci yarısında isə 14,2 faiz artıb.
İlin əvvəlindən qeydə alınan dinamika göstərir ki, ilin sonuna doğru yaxınlaşdıqca, maaşlarda artım sürəti böyüyür. Bunu nəzərə alaraq deyə bilərik ki, 2022-ci ilin sonunda maaşlarda artımın 15 faizi keçməsi realdır.
Bu ehtimalı irəli sürməyə faktiki əmək haqqlarının rəsmiləşdirilməsi, eyni zamanda yüksək inflyasiya ilə əlaqədar maaşların artırılması əsas verir.
2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında əməkhaqqı ilə çalışan işçilərin orta aylıq nominal maaşı 827,1 manat təşkil edib. İlin sonuna qədər maaşlar təxminən daha 23 manat artarsa, o halda orta əməkhaqqının artımı 15 faiz, hətta bir qədər də yüksək olacaq.
Maaşların 15 faiz artması pensiyaların da bu qədər artırılması ilə nəticələnəcək. Məsələn, 250 manat pensiya alan şəxs əməkhaqlarındakı artımın hesabına gələn ilin yanvarından 287 manat, 300 manat pensiya alan şəxs 345 manat, 350 manat alan şəxs 402 manat, 400 manat alan şəxs 460 manat və s. məbləğlərdə pensiya alacaq.
01:32 / 24 Oktyabr 2026
58
23:56 / 23 Oktyabr 2026
77
23:54 / 23 Oktyabr 2026
74
23:51 / 23 Oktyabr 2026
73
23:48 / 23 Oktyabr 2026
73
23:44 / 23 Oktyabr 2026
77
23:30 / 23 Oktyabr 2026
77
23:23 / 23 Oktyabr 2026
82
23:19 / 23 Oktyabr 2026
76
23:13 / 23 Oktyabr 2026
85
23:08 / 23 Oktyabr 2026
81
22:58 / 23 Oktyabr 2026
80
22:44 / 23 Oktyabr 2026
86
22:35 / 23 Oktyabr 2026
80
22:24 / 23 Oktyabr 2026
81
22:10 / 23 Oktyabr 2026
90
21:59 / 23 Oktyabr 2026
84
21:39 / 23 Oktyabr 2026
93
21:36 / 23 Oktyabr 2026
87
21:20 / 23 Oktyabr 2026
76
21:17 / 23 Oktyabr 2026
89
20:52 / 23 Oktyabr 2026
86
20:43 / 23 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.