Qaynar xətt:

(+99450) 247 90 86

Qarabağdakı qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb

Qarabağdakı qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb

CƏMİYYƏT

360

09.08.2022, 17:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb.

OXU24.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Xankəndindəki qondarma rejimin tör-töküntüləri məlumat yayıb.

Hadisə avqustun 8-də qeydə alınıb. Qanunsuz erməni silahlı dəstəsinin üzvləri - Qurgen Danielyan və Artur Aruşanyan partlayıcı maddələrdən istifadə qaydalarının pozulması və təhlükəsizlik tədbirlərinə əməl edilməməsi nəticəsində xəsarət alıblar.