FHN müraciət yaydı
23 Sentyabr 2025, 10:19
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
311
08.08.2022, 22:18
2018-ci ildə Azərbaycanda 751 uşaq övladlığa götürülüb ki, bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub. "Bu gün azərbaycanda oğlan uşaqlarına ümumiyyətlə üstünlük verilir".
Bu barədə sosioloq Cavid İmamoğlu açıqlama verib:
" Nəinki övladlığa götürüləndə hətta dünyaya uşaq gətirəndə belə selektib abortlar var. Qız uşaqlarını abort etdirirlər ki, oğlan uşaqlarına yiyələnsinlər. Gənc ailələr və yaxud da ikinci və üçüncü uşağa sahib olmaq istəyənlər. Oğlan uşaqlarına üstünlük verilməsinin cəmiyyətdə bəlli səbəbləri var. Bu ondan irəli gəlir ki, ailələr düşünürlər ki, oğlan uşaqları gələcəkdə ailənin, nəslin davamçısıdır. Yəni ailəni qoruyandır. Nəsli davam elətdirir, soy adı, ata adını davam elətdirir. Mülkiyət ona məxsus olur, mülkiyəti davam etdirir."
Ətraflı
Həmçinin oxuyun
Sosioloqun sözlərinə görə, valideyinlər düşünürlər ki, oğlan uşağı ailəyə maliyyə dəstəyi edir, yəni pul qazanır. Qızlar isə bunu bacarmır. Ailəyə cavabdehlik daşıya bilir: "Belə absurt fikirlər çox təssüf ki, cəmiyyətimizdə mövcuddur. İllərdir sındırılması mümkün olmayan bir stereotip var. Dünyaya qız uşağı gəldisə o maddi cəhətdən yük, oğlan isə xeyir kimi baxılır".
Cavid İmamoğlu qeyd edib ki, Övladlığa verilmə ilə bağlı azalmanın müşahidə olunması övladlığa verilmə ilə bağlı prosedurları qeri şəffaf olması ilə bağlıdır: "Bilirsiniz ki, ötən il prezident fərman verdi. Övladlığa götürülmə ilə bağlı artıq yeni qanunvericilik layihəsi hazırlanır. İyunda artıq əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən bu qanunlayihəsi təqdim olunacaq. Burada məsələ ondan ibarətdir ki, övladlığa uşaq verilmə prosesi şəffaflaşdırılacaq və elektron qayda da aparılacaq. Bura da sosial işçilərin cəlb olunması ilə uşağın ən yaxşı ən öndə marağı naminə bütün proses təşkil olunacaq. Belə olan halda artıq uşaqların övladlığa verilməsi prosesi artıq bürokratik əngəllərdən azad olacaq. Hərkəs bəlli kretieriyalara cavab verirsə onlar müraciət edib, növbəyə düşüb və sonradan uşaq götürülməsi prosesinə cəlb oluna biləcəklər. Yəni bundan sonra artıq övladlığa görütürülməsi prosesində artım müşahidə olunacaq. Bəli indiki halda proses çox qəliz və çətindir. Buna görə də bu prossesdə azalma müşahidə olunur".
Qeyd edək ki,2018-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında 21,0 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə olunub və bu yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onların da 4-ü qızdır. 2018-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67 olub.
13:04 / 23 Sentyabr 2025
6
12:52 / 23 Sentyabr 2025
48
12:33 / 23 Sentyabr 2025
237
12:24 / 23 Sentyabr 2025
97
12:20 / 23 Sentyabr 2025
94
12:15 / 23 Sentyabr 2025
60
12:11 / 23 Sentyabr 2025
63
11:59 / 23 Sentyabr 2025
150
11:51 / 23 Sentyabr 2025
93
11:42 / 23 Sentyabr 2025
180
11:37 / 23 Sentyabr 2025
83
11:33 / 23 Sentyabr 2025
70
10:31 / 23 Sentyabr 2025
344
10:19 / 23 Sentyabr 2025
216
10:17 / 23 Sentyabr 2025
204
10:08 / 23 Sentyabr 2025
306
10:05 / 23 Sentyabr 2025
247
10:00 / 23 Sentyabr 2025
73
09:51 / 23 Sentyabr 2025
49
09:40 / 23 Sentyabr 2025
47
09:30 / 23 Sentyabr 2025
46
09:20 / 23 Sentyabr 2025
37
09:10 / 23 Sentyabr 2025
46
09:00 / 23 Sentyabr 2025
42
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.