Qaynar xətt:

(+99450) 247 90 86

Ermənilər Azərbaycan Prezidentinə müraciət etdi: Görün nə istəyirlər +VİDEO

Ermənilər Azərbaycan Prezidentinə müraciət etdi: Görün nə istəyirlər +VİDEO

CƏMİYYƏT

661

08.08.2022, 22:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan vətəndaşı Vaqe Qambaryan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Oxu24.com  erməni mənbələrinə istinadən xəbər verir ki, o, Ermənistan vətəndaşlığından imtina edərək, Azərbaycan vətəndaşlığı almaq istədiyini, Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunu dilə gətirib.

Qambaryan, həmçinin Xankəndində yaşamaq istəyini söyləyib. O, Azərbaycan xalqını sevdiyini və hörmət etdiyini bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl sülh təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığına qəbul olunmasını xahiş etmişdi.