Zaqatalaya güclü leysan və dolu yağıb - VİDEO
24 Oktyabr 2026, 01:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2910
08.08.2022, 21:45
Ermənistan mediasında Laçın şəhəri, Zabux və Sis kəndlərinin avqustun 23-nə qədər boşaldılacağı haqqında xəbərlər yayılıb.
Məlumata görə, ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ermənilərə bildiriblər ki, 23 avtqustda onlar ərazidən tamamilə çıxacaqlar. Ayın 25-də isə şəhər Azərbaycan Ordusunun tam nəzarətinə keçəcək.
Laçında məskunlaşan bəzi ermənilər isə ərazini tərk edərkən evləri yandıracaqlarını bildiriblər. Artıq bununla bağlı sosial şəbəkələrdə çağırışlar da başlayıb.
Qondarma rejimin ərazi üzrə nümayəndəsi Hayk Xanumyan isə mətbuata açıqlama verib ki, soydaşlarına şəhəri və kəndləri boşaldarkən evləri yandırmamağı tapşırıb.
Qondarma icra nümayəndəsi Andranik Çavuşyan da kənd camaatını bu fikirdən daşındırmağa çalışdığını söyləyib:
Sitat: “Bunlarının hamısının günahkarı Arayik Harutyunyandır. Burada ordu deyilən bir şey qalmayıb. Camaat mühasirədə qalıb. Zabuxda 200 nəfər var. Siyahını hələ tərtib etməmişik. Bəziləri ümid edirlər ki, geri qayıdacaqlar. Onlar bu vəziyyətlə barışa bilmirlər”. Sitatın sonu
Erməni siyasi fəal Hovannes İşxanyan öz feysbuk profilində Zabux kəndində məskunlaşan ermənilərlə bağlı video paylaşıb. 1994-cü ildən Zabuxda yaşayan Armen Barseqyan iddia edib ki, ərazidən müvəqqəti çıxırlar.
SİTAT: “Bizə deyirlər ki, heç nəyə toxunmayın, bir müddət sonra qayıda bilərsiniz. Cavab verirəm ki, sənin bundan sonra hansı silahın olmalıdır ki, qayıdıb yenə kəndi ala bilək?” Sitatın sonu.
Qeyd edək ki, Armen Barseqyanın köç hazırlığını əks etdirən videogörüntülərdə evin qarşısında silah yeşiklərini də görmək mümkündür.
01:32 / 24 Oktyabr 2026
58
23:56 / 23 Oktyabr 2026
77
23:54 / 23 Oktyabr 2026
74
23:51 / 23 Oktyabr 2026
73
23:48 / 23 Oktyabr 2026
73
23:44 / 23 Oktyabr 2026
77
23:30 / 23 Oktyabr 2026
77
23:23 / 23 Oktyabr 2026
82
23:19 / 23 Oktyabr 2026
76
23:13 / 23 Oktyabr 2026
85
23:08 / 23 Oktyabr 2026
81
22:58 / 23 Oktyabr 2026
80
22:44 / 23 Oktyabr 2026
86
22:35 / 23 Oktyabr 2026
80
22:24 / 23 Oktyabr 2026
81
22:10 / 23 Oktyabr 2026
90
21:59 / 23 Oktyabr 2026
84
21:39 / 23 Oktyabr 2026
93
21:36 / 23 Oktyabr 2026
87
21:20 / 23 Oktyabr 2026
76
21:17 / 23 Oktyabr 2026
89
20:52 / 23 Oktyabr 2026
86
20:43 / 23 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.