Zaqatalaya güclü leysan və dolu yağıb - VİDEO
24 Oktyabr 2026, 01:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
332
08.08.2022, 20:45
Abşeron rayonu Digah qəsəbəsi ərazisində yerləşən bağ evindən içi pul və qızıl-zinət əşyaları ilə dolu seyf oğurlayan şəxslərdən ikisi məhkəmə qarşısına çıxarılıb.
OXU24.COM Qafqazinfo-ya istinadla xəbər verir ki, Türkiyə vətəndaşları Orhan Orbay və Emrah Huseyn Cinayət Məcəlləsinin 177.4 (Oğurluq-xüsusilə külli miqdarda ziyan vurmaqla) və 326.2-ci (Rəsmi sənədləri, ştampları, möhürləri talama) maddələri ilə ittiham ediliblər.
Araşdırmalar zamanı məlum olub ki, onlar istintaqdan hələ ki, yayınmış Haydar və Tahir adlı digər Türkiyə vətəndaşları ilə birlikdə Digah qəsəbəsində Yusif Mikayılovun evindən oğurluq planlaşdırıblar. Qrup üzvləri 2019-cu il dekabrın 31-də ev sahibinin mənzildə olmamasından istifadə edərək gecə saatlarında mənzilə daxil olaraq divardakı seyfi sökərək çıxarıblar və həyətə endirərək arabaya qoyublar. Onlar seyfi araba ilə küçəyə çıxarıblar və gəldikləri “Niva” markalı avtomobilə qoyaraq Maştağa qəsəbəsində kirayə yaşadıqları mənzilə aparıblar.
İttiham aktında qeyd edilib ki, 700 manat dəyəri olan 120x50 sm ölçülü seyfdə 120 100 dollar nağd pul, 48 000 dollar dəyərində qara brilyant dəsti, 60 000 dollar dəyərində yumru formalı brilyant dəsti, 8 ədəd 585 əyarlı ümumilikdə 80 000 manat dəyərində 800 qram qızıl tros boyunbağılar və onlarla digər bahalı qızıl-zinət əşyaları, bahalı daş-qaşlar, eləcə də ev sahibinin və ailə üzvlərinin mülkiyyət, şəxsiyyət, təltiflər, diplomlar, partiya bileti və digər mühüm sənədləri olub. Ev sahibinə ümumilikdə 571 145 manat ziyan vurulub.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər cinayətin Tahir və Haydar tərəfindən təşkil edildiyini, onlara müəyyən işlərdə dəstək verdiklərini bildiriblər. Seyfdən çıxan qızıl-zinət və pulun miqdarının şişirdildiyini də əlavə ediblər.
O da bildirilib ki, qrup üzvlərindən ikisi beynəlxalq axtarışa verilərək Gürcüstan ərazisində saxlanılaraq Azərbaycana gətiriliblər, digər iki şəxsi istintaqa cəlb etmək isə hələlik mümkün olmayıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə Orhan Özbah və Erhan Hüseynin hər biri 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
01:32 / 24 Oktyabr 2026
58
23:56 / 23 Oktyabr 2026
77
23:54 / 23 Oktyabr 2026
74
23:51 / 23 Oktyabr 2026
73
23:48 / 23 Oktyabr 2026
73
23:44 / 23 Oktyabr 2026
77
23:30 / 23 Oktyabr 2026
77
23:23 / 23 Oktyabr 2026
82
23:19 / 23 Oktyabr 2026
76
23:13 / 23 Oktyabr 2026
85
23:08 / 23 Oktyabr 2026
81
22:58 / 23 Oktyabr 2026
80
22:44 / 23 Oktyabr 2026
86
22:35 / 23 Oktyabr 2026
80
22:24 / 23 Oktyabr 2026
81
22:10 / 23 Oktyabr 2026
90
21:59 / 23 Oktyabr 2026
84
21:39 / 23 Oktyabr 2026
93
21:36 / 23 Oktyabr 2026
87
21:20 / 23 Oktyabr 2026
76
21:17 / 23 Oktyabr 2026
89
20:52 / 23 Oktyabr 2026
86
20:43 / 23 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.