Zaqatalaya güclü leysan və dolu yağıb - VİDEO
24 Oktyabr 2026, 01:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
363
08.08.2022, 21:10
Sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edilib.
Bu barədə OXU24.COM-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması ilə əlaqədar adekvat cavab tədbirlər görülür: "Ümumilikdə Azərbaycan mediası baş verən hadisələrə təmkinlə yanaşır, məsələnin əhəmiyyətini və həssaslıq dərəcəsini nəzərə alır, fəaliyyətini müvafiq qanunvericiliyin tələbləri əsasında qurur. Bununla yanaşı, bəzi hallarda sosial şəbəkə istifadəçiləri tərəfindən qanun və ədalət prinsipinə söykənən bu cür tədbirlərə kölgə salmaq, Azərbaycan əsgərlərinin həyatı təhdidlə üzləşdiyi halda həmin təhdidlərə cavab olaraq hərbi əməliyyatların keçirilməsinə qarşı çıxmaq, yalan məlumat yaymaq, saxta və ya köhnə görüntülər paylaşmaq, heç bir əsas olmadan onları aktuallaşdırmaq cəhdləri müşahidə olunur. Təəssüflə qeyd edilməlidir ki, xoş niyyət daşımayan həmin cəhdlər informasiya azadlığı, kontekstdən çıxarılmış tarixi sitatlar və saxta pasifist baxışlarla pərdələnir.
Azərbaycan Baş Prokurorluğuna daxil olan məlumata əsasən yuxarıda qeyd olunan hallara yol vermiş Bakı şəhər sakinləri Rüstəm İsmayılbəyli, Fərid Hüseynov, Goranboy rayon sakini Elmar Məmmədov və Mingəçevir şəhər sakini Gülay Eyvazova prokurorluğa dəvət olunmuş, qanunun tələbləri onların diqqətinə çatdırılıb.
İctimai təhlükəsizliyin kütləvi şəkildə pozulması və ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatların yayılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yolverilməzdir.
“Milli təhlükəsizlik haqqında” Azərbaycan qanununa əsasən ölkənin müdafiə qabiliyyətinin zəiflədilməsinə yönəlmiş addımlar dövlətimiz üçün təhdid hesab olunur və buna xidmət edən istənilən hərəkətlərin vaxtında qarşısı alınmalıdır.
Qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxslərlə aparılmış söhbət zamanı onlara əməllərinin ictimai təhlükəli nəticələri izah edilmiş və “Prokurorluq haqqında” Azərbaycan qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib".
01:32 / 24 Oktyabr 2026
58
23:56 / 23 Oktyabr 2026
77
23:54 / 23 Oktyabr 2026
74
23:51 / 23 Oktyabr 2026
73
23:48 / 23 Oktyabr 2026
73
23:44 / 23 Oktyabr 2026
77
23:30 / 23 Oktyabr 2026
77
23:23 / 23 Oktyabr 2026
82
23:19 / 23 Oktyabr 2026
76
23:13 / 23 Oktyabr 2026
85
23:08 / 23 Oktyabr 2026
81
22:58 / 23 Oktyabr 2026
80
22:44 / 23 Oktyabr 2026
86
22:35 / 23 Oktyabr 2026
80
22:24 / 23 Oktyabr 2026
81
22:10 / 23 Oktyabr 2026
90
21:59 / 23 Oktyabr 2026
84
21:39 / 23 Oktyabr 2026
93
21:36 / 23 Oktyabr 2026
87
21:20 / 23 Oktyabr 2026
76
21:17 / 23 Oktyabr 2026
89
20:52 / 23 Oktyabr 2026
86
20:43 / 23 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.