Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72872
az

Sabah çimərliyə getmək istəyənlərin DİQQƏTİNƏ!

13:2008 Avqust, 2022
125
CƏMİYYƏT
  • A

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq.Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 65-75 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturuna gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Daimi aclıq hissi zülal çatışmazlığı səbəbindən ola bilər”
Hansı çaylar arıqlamağa kömək edir?
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi