Zaqatalaya güclü leysan və dolu yağıb - VİDEO
24 Oktyabr 2026, 01:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
369
08.08.2022, 10:59
O, biznesinə siqaret satışı ilə başlayıb
DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
“Broker” MMC-nin rəhbəri, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan Əbülfəz Məlikov bu günlərdə DTX tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Qazet.az xəbər verir ki, “Broker Əbülfəz” adı ilə tanınan və gömrük sistemindəki monopolist sistemin əsas fiquru hesab edilən Ə.Məlikovun həbsi cəmiyyətdə geniş müzakirə olunur. Onun uzun illərdir gömrük sistemində ölkəyə idxal edilən bir sıra məhsulların hüququna yiyələndiyi, özünə böyük biznes imperiyası yaratdığı bildirilir.
Mətbuatda yayılan məlumatlar, eləcə də sosial şəbəkələrdə bir çox tanınmış şəxslərin yazdıqları Əbülfəz Məlikovun ətrafındakı müzakirələri daha da qızışdırıb. Onun haqqında ən sensasiyalı fikirləri isə Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, keçmiş deputat, politoloq Cümşüd Nuriyev deyib. C.Nuriyevin iddialarına görə, Əbülfəz Məlikov Rusiyada böyük biznesi olan, milyarder, əslən erməni olan Ara Abramyanın bacısının əridir. Sabiq deputatın bu açıqlamasından xeyli vaxt keçməsinə baxmayaraq, qarşı tərəf bu iddia ilə bağlı hər hansı bir fikir səsləndirməyib, münasibət bildirməyib.
Digər məlumatlara görə, Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumudur. Mətbuatda yayılan iddialara görə, M.Əhədəpur da erməni əsillidir və daha əvvəl Manukyan soyadını daşıyıb. Onun İran və Rusiyada böyük biznes şəbəkəsi var.
Bildirilir ki, əslən Şamaxıdan olan Əbülfəz Məlikov biznesə siqaret satışı ilə başlayıb. “28 May” metrosunun qarşısında kiçik siqaret satışı yerləri olan Məlikovun Azərbaycana ilk dəfə qeyri-qanuni yollarla siqaretlərin gətirilməsi işini həyata keçirdiyi iddia olunur. Belə ki, illər əvvəl Bakıda Dağıstan, Rusiya və əsasən İran istehsalı olan siqaretlərin çoxluq təşkil etdiyi dövrdə həmin məhsulların Əbülfəz Məlikovun təşkilatçılığı ilə gətirildiyi qeyd edilir. Bundan sonrakı dövrdə isə onun iranlı iş adamı Mənüçöhr Əhədpurla yaxınlığı, qohum olması və biznesini böyütdüyü bildirilir.
Qeyd edək ki, bir müddətdir hüquq-mühafizə və xüsusi xidmət orqanları Dövlət Gömrük Komitəsində araşdırmalar aparır. Bu çərçivədə komitənin rəhbərliyi vəzifədən azad edilib, bir neçə general və digər yüksək vəzifəli şəxslər həbs edilərək barələrində cinayət işi açılıb.

01:32 / 24 Oktyabr 2026
58
23:56 / 23 Oktyabr 2026
77
23:54 / 23 Oktyabr 2026
74
23:51 / 23 Oktyabr 2026
73
23:48 / 23 Oktyabr 2026
73
23:44 / 23 Oktyabr 2026
77
23:30 / 23 Oktyabr 2026
77
23:23 / 23 Oktyabr 2026
82
23:19 / 23 Oktyabr 2026
76
23:13 / 23 Oktyabr 2026
85
23:08 / 23 Oktyabr 2026
81
22:58 / 23 Oktyabr 2026
80
22:44 / 23 Oktyabr 2026
86
22:35 / 23 Oktyabr 2026
80
22:24 / 23 Oktyabr 2026
81
22:10 / 23 Oktyabr 2026
90
21:59 / 23 Oktyabr 2026
84
21:39 / 23 Oktyabr 2026
93
21:36 / 23 Oktyabr 2026
87
21:20 / 23 Oktyabr 2026
76
21:17 / 23 Oktyabr 2026
89
20:52 / 23 Oktyabr 2026
86
20:43 / 23 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.