Qaynar xətt:

(+99450) 247 90 86

"Tezliklə Kərkidə, sonra Qazaxın 7 kəndində eyni vəziyyət olacaq" - Babayan

\\\"Tezliklə Kərkidə, sonra Qazaxın 7 kəndində eyni vəziyyət olacaq\\\" - Babayan

CƏMİYYƏT

354

07.08.2022, 20:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
 
“Tezliklə Tiqranaşendə (Kərki), sonra Tavuşun (Qazaxın kəndləri) 7 kəndində eyni vəziyyət olacaq”.
 
Gundem.az xəbər verir ki, bu barədə “Rodina” partiyasının Şurasının üzvü Arsen Babayan öz Facebook səhifəsində yazıb.
 
O, Zabux və Laçınla bağlı o günləri xatırlamağı və eyni hadisələrin tezliklə Kərkidə, daha sonra Qazaxın 7 kəndində təkrarlanacağını bildirib.
 
“Aqavno və Berdzorla bağlı o günləri xatırlayın. Tezliklə Tiqranaşendə, daha sonra Tavuşun 7 kəndində eyni vəziyyət olacaq. Artıq iki ildir ki, dayanmadan bu haqda danışırıq, amma siz, biz siyasətdə deyilik. Bunu etməyin…”, – deyə o yazıb.
 
Xatırladaq ki, Laçında və Zabuxda məskunlaşan Livandan, Suriyadan olan ermənilərə avqustun 25-dək evlərini tərk etməli olduqları bildirilib.