Zaqatalaya güclü leysan və dolu yağıb - VİDEO
24 Oktyabr 2026, 01:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
451
07.08.2022, 14:08
Qərb ölkələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında iqtisadi əməkdaşlığın dərinləşməsindən getdikcə daha çox təşvişə düşüblər.
OXU24.COM xəbər verir ki, bu barədə Qərb dövlətlərinin 6 rəsmisi “Financial Times”a açıqlamasında bildirib.
Ölkə rəsmiləri qeyd ediblər ki, Türkiyə və Rusiya liderlərinin Soçidə dörd saatlıq görüşündən sonra cümə günü ticarət və enerji əməkdaşlığını genişləndirmək vədindən narahatdırlar.
Aİ rəsmilərindən biri 27 üzv olan İttifaqın Türkiyə-Rusiya əməkdaşlığını “daha yaxından” izlədiyini və Türkiyənin Rusiya ilə ticarət platformasına çevrilməsindən narahatlığını ifadə edib.
Xatırladaq ki, Ərdoğan və Putin avqustun 5-də görüşüblər. Məlumata görə, Türkiyə Rusiyadan aldığı təbii qazının pulunu qismən rublla ödəməyə razılıq verib.
Daha sonra Ərdoğan Kremlin rəhbəri Vladimir Putini yenidən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə dəvət etdiyini bildirib. Onun sözlərinə görə, hazırda vacib olan planın effektiv şəkildə həyata keçirilməsi və müsbət ab-havanın İstanbulda danışıqlara qayıtmaq istiqamətində konkret addımlara çevrilməsidir.
Danışıqlardan sonra Türkiyə Prezidenti köməkçisi Faxrettin Altun bildirib ki, dünya Rusiyanı görməzlikdən gəlməklə Ukraynadakı müharibəni bitirə bilməz
01:32 / 24 Oktyabr 2026
58
23:56 / 23 Oktyabr 2026
77
23:54 / 23 Oktyabr 2026
74
23:51 / 23 Oktyabr 2026
73
23:48 / 23 Oktyabr 2026
73
23:44 / 23 Oktyabr 2026
77
23:30 / 23 Oktyabr 2026
77
23:23 / 23 Oktyabr 2026
82
23:19 / 23 Oktyabr 2026
76
23:13 / 23 Oktyabr 2026
85
23:08 / 23 Oktyabr 2026
81
22:58 / 23 Oktyabr 2026
80
22:44 / 23 Oktyabr 2026
86
22:35 / 23 Oktyabr 2026
80
22:24 / 23 Oktyabr 2026
81
22:10 / 23 Oktyabr 2026
90
21:59 / 23 Oktyabr 2026
84
21:39 / 23 Oktyabr 2026
93
21:36 / 23 Oktyabr 2026
87
21:20 / 23 Oktyabr 2026
76
21:17 / 23 Oktyabr 2026
89
20:52 / 23 Oktyabr 2026
86
20:43 / 23 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.