Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda məşhur istirahət mərkəzində dəhşətli hadisə - Ölən var

Bakıda məşhur istirahət mərkəzində dəhşətli hadisə - Ölən var

CƏMİYYƏT

415

06.08.2022, 17:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda istirahət mərkəzinin hovuzunda ölüm hadisəsi baş verib.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən "Dostluq" istirahət mərkəzinin hovuzunda paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov boğularaq ölüb.

Yaxınlıqdakı şəxslər gəncin hovuzda batdığını görüblər. P.Sultanov sudan çıxarıldıqda onun artıq öldüyü məlum olub.

İlkin araşdırmalar zamanı P.Sultanovun epilepsiya xəstəsi olduğu məlum olub və qıcolma səbəbindən suda batdığı bildirilib.

Araşdırmalar davam etdirilir.