Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK! Əsgərimizi öldürüblərmiş: Tutulan şəxs görün kimdir

ŞOK! Əsgərimizi öldürüblərmiş: Tutulan şəxs görün kimdir

CƏMİYYƏT

2911

05.08.2022, 10:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Tovuzda vəfat edən əsgərin qətlə yetirilməsi məlum olub.
Baş Prokurorluğun mətbuat xidmətindən OXU24.COM-a bildirilib ki, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə istintaq tədbirləri davam edir