Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72721
az

İmtahanda 700 bal toplayan abituriyent bu qızdır

21:4203 Avqust, 2022
1310
CƏMİYYƏT
  • A

"Çox şadam ki, məqsədimə çataraq 700 balı topladım".

Bu sözləri "Report"a açıqlamasında IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərən Nigar Ağazadə deyib.

O, ilk imtahanda sualın birini yanlış cavablandırmasından çox məyus olduğunu bildirib:

"Səhvə görə, birinci imtahandan sonra çox məyus olmuşdum. Kimisi yenidən imtahan verməyimi, kimisi də verməməyimi deyirdi. Amma düşündüm ki, əgər yenidən imtahan verməsəm peşman ola bilərəm, ona görə də ən yaxşısı şansımı növbəti dəfə sınamaqdır".

Beləliklə, N.Ağazadə növbəti imtahanda iştirak etməsi ilə bağlı qərar verdiyini bildirib.

Onun sözlərinə görə, imtahandan çıxandan sonra sualları yoxlatdırıb və hamısının düz olduğu məlum olub: "Doğrusu, o qədər əmin idim ki, elə 700 balı da gözləyirdim. Çox şadam ki, məqsədimə çatdım. Məqsədim isə həkim olmaqdır. Artıq Türkiyədə bəzi universitetlərə müraciət etmişik. Əgər alınarsa, təhsilimi orada davam etdirmək istəyirəm, amma ölkəmizdə seçimim Azərbaycan Tibb Universitetidir".

Qeyd edək ki, 125 nömrəli tam orta məktəbin məzunu olan Nigar Ağazadə imtahanın I mərhələsində 300, ikinci mərhələdə 400 toplayaraq ölkə üzrə ən yüksək nəticəni göstərib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maşınının nömrəsini dəyişən sürücü həbs edildi
Azərbaycanda nikah yaşı ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ
Prezident fərman imzaladı: Yeni publik hüquqi şəxs yaradılır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi