BDYPİ sürücülərə xəbərdarlıq edib
24 Oktyabr 2026, 10:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1508
03.08.2022, 20:43
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov “Qisas” əməliyyatının detallarını açıqlayıb.
Oxu24.com xəbər verir ki, o deyib:
"Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib.
Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib.
Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır.
Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.
Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq".
10:49 / 24 Oktyabr 2026
38
10:45 / 24 Oktyabr 2026
37
10:44 / 24 Oktyabr 2026
51
10:42 / 24 Oktyabr 2026
47
10:41 / 24 Oktyabr 2026
105
10:38 / 24 Oktyabr 2026
48
10:00 / 24 Oktyabr 2026
72
01:32 / 24 Oktyabr 2026
114
23:56 / 23 Oktyabr 2026
99
23:54 / 23 Oktyabr 2026
95
23:51 / 23 Oktyabr 2026
86
23:48 / 23 Oktyabr 2026
92
23:44 / 23 Oktyabr 2026
103
23:30 / 23 Oktyabr 2026
97
23:23 / 23 Oktyabr 2026
107
23:19 / 23 Oktyabr 2026
93
23:13 / 23 Oktyabr 2026
102
23:08 / 23 Oktyabr 2026
98
22:58 / 23 Oktyabr 2026
99
22:44 / 23 Oktyabr 2026
99
22:35 / 23 Oktyabr 2026
91
22:24 / 23 Oktyabr 2026
99
22:10 / 23 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.