Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16 Mart 2025, 17:22
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
883
21.11.2018, 08:09
Qoç - ailə üvləri ilə təmaslarda emosional olmayın. Hisslərinizi cilovlamasanız, planları dəyişmək məcburiyyətində qalacaqsınız. İşdən icazə alın, ailə qayğısını çözün. Ailə üzvləri sizə güvənirlər.
Günün ikinci yarısında kiçik qıcıq və sərtlik çalışdığınız kollektivdə böhran yarada bilər. Mübahisələrdə hisslərə aldanmayın.
Axşam saatlarında bir problemi həll edə biləcəksiniz.
Buğa - sakit ritmlə işləsəniz, tələskənliyə yol verməsəniz, bütün işlərin öhdəsindən gələ bilərsiniz. Maliyyə məsələlərinin həllində uğurlu irəliləyişlər ola bilər. Yeni gəlir mənbələri arayın. Bel bağladığınız insanlardan dəstək alacaqsınız.
Günün ikinci yarısında işdə rəhbərliklə, kommersiya fəaliyyəti müstəvisində isə alıcı və ya satıcı ilə müzakirələr aparmaq olar. Enerji ilə qüvvələrinizi bərabər paylaşsanız, ciddi nailiyyətlər əldə edəcəksiniz.
Ailədəki mühit xoşunuza gəlmirsə, onu dəyişin. Ab-havanın yenilənməsi çətin olsa da, mümkündür. İnadkar, əzmkar olun. Bütün hallarda yaxınlarınızla təmaslarda soyuqqanlı və təmkinli davranın.
Əkizlər - daşınmaz əmlakla bağlı məsələlərin effektiv həlli üçün əlverişli zamandır. Təmir, yaşam arealının yaxşılaşdırılmasına başlamaq olar. Yeni mebel almaq üçün münasib vaxtdır.
Günün ikinci yarısı kommersiya üçün yaxşıdır. Sərfəli anlaşmalar, gəlir vəd edən müqavilələrə nail ola bilərsiniz. Daşınmaz əmlak almaq və satmaq olar.
Yaxınlarınız sizdən onların işlərində iştirak tələb edəcəklər. Qıcıqlanmayın, səbrli olun. Onlar, sadəcə, sizdən diqqət istəyirlər. Qayğıkeş olun və belədə ailə üzvləriniz sevinəcəklər.
Xərçəng - yalnız ideyaları ön plana çəkməyin. Planlaşdırılmış fəaliyyət olmadan işlərdə önəmli uğurlara nail olmaq mümkün deyil. Əks təqdirdə bir müddət sonra yerinizdə saydığınızı görəcəksiniz. Əhvalınız dəyişə bilər.
Günün ikinci yarısında depressiyaya qapılmayın, bədbin olmayın. Bəzi adamlarla birbaşa yox, elektron poçt vasitəsilə ünsiyyət məsləhətdir.
İstək və niyyətləriniz ailə üzvlərinin istəklərinə uyğun olmaya bilər. Yalnız öz işlərinizlə məşğul olsanız, dəyər verdiyiniz insanlarla münasibətlərinizə zərbə dəyə bilər. Təşəxxüs, təkəbbürdə suçlanmağınıza səbəb yaratmayın.
Şir - pozitiv düşüncə tərzi, qüvvələrinizə inam uğurunuzun rəhnidir. Yaxın ətrafınızdakı insanlar arasında biri yaxın tərəfdaşınız ola bilər. Yardım və dəstək olmadan bugünkü işlərin öhdəsindən gələ bilməyəcəksiniz.
Sizə laqeyd qalmayan adama minnətdarlıq etməyi unutmayın.
Günün ikinci yarısında uğurlar və nailiyyətlərinizlə fəxr etməyin. Sadə, təvazökar olun.
Axşam saatlarını aktiv istirahətə, yaxınlarınızla ünsiyyətə həsr edin. Sevdiyiniz işə vaxt tapsanız, əla olar. Münasibətləri möhkəmləndirməyə çalışın.
Qız - ətrafınızdakı insanlarla davranışda eqoist olmayın. Unutmayın ki, eqosentrizm yaxşı heç nə vəd etmir. Səmimiyyət can atdığınız nəsnəni asanlıqla əldə etməyinizin əsas şərtidir. Məqsədə çatmaq üçün nəyisə qurban verməlisiniz.
Günün ikinci yarısında qarşınıza real hədəflər qoyun, prioritetləri müəyyənləşdirin. Karyera sizin üçün daha vacibdirsə ailə işlərinin bəzilərini təxirə salmaq olar.
Günün ikinci yarısında dəvət aldığınız məkana yollanın. Axşam saatlarını xoş məclisdə keçirmək şansınız var. Subaysınızsa, maraqlı insanla tanış olacaqsınız.
Dolça - yaxın ətrafınızdakı insanların qeydinə qalın. Başladığınız işlərə onları da cəlb edə bilərsiniz. Səxavətli olun, qayğınızı və səmimiyyətinizi dəyər verdiyiniz insanlardan əsirgəməyin. Maliyyə məsələlərində isə emosiyalara uymayın. Günün ikinci yarısında diqqətli, sərvaxt davranın. Real situasiyanı nəzərə alaraq məntiqi qərarlar verin. Uzaq qohumlar və dostlardan birinə yardım gərəkdir. Qohumların arasında ağır vəziyyətə düşənə, çətinliklə üzləşənə kömək edin. Balıqlar - bu yaxınlarda qəbul etdiyiniz qərarlar və əməlləriniz o qədər də xoş olmayan nəticələr yaradıb. Haqqınızda şayiələr yayanlar var. Köhnə borcu qaytarın. Yaxın ətrafınızdakı insanların davranışlarını diqqətlə müşahidə edin. Vəziyyəti münaqişə həddinə çatdırmayaraq problemi həll etməyə çalışın. Günün ikinci yarısında romantik hisslər, təəssüratlar və emosiyalarınızı etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla gəzintiyə çıxmaq gərəkdir. Normal istirahət etməyə çalışın.
17:32 / 16 Mart 2025
"Kahı"nın içərisindən narkotik çıxdı
32
17:22 / 16 Mart 2025
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
30
16:40 / 16 Mart 2025
Güllələrlə zarafat edən HƏRBÇİLƏR: Onlar haqqında İNANILMAZ HƏQİQƏTLƏR... - VİDEO
320
16:20 / 16 Mart 2025
Qonaq getdikləri evdə 3 yaşlı uşağı “tok” vurdu
47
16:03 / 16 Mart 2025
"Hizbullah"ın iki üzvünü öldürülüb
65
14:29 / 16 Mart 2025
SON DƏQİQƏ! Rusiyadan yüksək vəzifəli şəxslər Bakıya gəldi
442
14:11 / 16 Mart 2025
XİN başsağlığı verdi
88
14:05 / 16 Mart 2025
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi
280
14:02 / 16 Mart 2025
Husilərdən ABŞ-ın Yəmənə hücumuna reaksiya: "Cavabsız qalmayacaq!"
88
13:59 / 16 Mart 2025
24 yaşlı şəxsin meyiti aşkarlanıb
88
13:34 / 16 Mart 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
405
13:32 / 16 Mart 2025
Sabah isti olacaq
82
13:10 / 16 Mart 2025
DYP səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib
92
13:01 / 16 Mart 2025
Bakıda faciə: Ölən var
95
12:00 / 16 Mart 2025
Məhşur müğəninin 98 minlik ev bazarlığı GÜNDƏM OLDU - VİDEO
124
11:39 / 16 Mart 2025
Lənkəranskinin dostunun qardaşını GÜLLƏLƏDİLƏR - ANBAAN VİDEO
120
11:20 / 16 Mart 2025
Rusiyada yanğın
108
11:05 / 16 Mart 2025
Putin bunu etməli olacaq - Britaniya Baş naziri
108
10:23 / 16 Mart 2025
Qabil Məmmədov bu tarixdə Bakıda olmalıdır — Baş Prokurorluq televiziya vasitəsi ilə xəbərdarlıq yaydı
2451
09:52 / 16 Mart 2025
Əri Aysunu belə cəzalandırır - yeni qalmaqal
1287
09:50 / 16 Mart 2025
Özgüvən sahibi necə olmaq olar?
115
09:41 / 16 Mart 2025
“Amerikanın səsi”ni batırdılar
119
09:35 / 16 Mart 2025
Düyü suyu görün nəyə dərman imiş
117
09:26 / 16 Mart 2025
İranlı general ABŞ-yə xəbərdarlıq edib
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.