Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev SƏRƏNCAM imzaladı

İlham Əliyev SƏRƏNCAM imzaladı

CƏMİYYƏT

383

29.07.2022, 11:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. 
 

Oxu24.com  xəbər verir ki, sərəncama əsasən Azərbaycan və Qırğızıstan arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib. 

Sərəncama əsasən, Azərbaycan Baş nazirinin birinci müavini komissiyanın tərkibindən çıxarılıb. Əvəzində komissiyaya baş nazirin müavini Əli Əhmədov daxil edilib.

Dövlət başçısı digər sərəncamla Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edib. Dəyişikliklə Baş nazirin müavini Əli Əhmədov komissiyanın tərkibinə daxil edilib. O, bu vəzifədə baş nazirin birinci müavinini əvəz edəcək.

Azərbaycan tərəfdən hər iki komissiyaya Əli Əhmədov rəhbərlik edəcək. Xarici İşlər Nazirliyi Azərbaycandan komissiyanın tərkibində dəyişikliklərlə bağlı Qırğızıstan və Belarusa müvafiq bildiriş göndərəcək.