Qaynar xətt:

(+99450) 247 90 86

FHN açıqlama yaydı

FHN açıqlama yaydı

CƏMİYYƏT

294

28.07.2022, 21:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Nohurqışlaq kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 3 nəfərin yolu azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Oxu24.com  FHN-ə istinadən xəbər verir.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaşların olduğu yer müəyyən olunub, onların xilasedicilərin müşayiəti ilə təhlükəsiz əraziyə təxliyəsi təmin edilib.