Qaynar xətt:

(+99450) 247 90 86

Bu müəllimlərin maaşı artırılacaq

CƏMİYYƏT

217

27.07.2022, 18:16

"Azərbaycanda müəllimlərin əmək haqqı sistemi yenilənəcək".

OXU24.COM "Oxu.Az"a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sertifikasiya imtahanından keçən müəllimlərin maaşı artırılacaq:

"137 000 təhsilverənin sertifikasiyası və 68 000 nəfərin differensial əmək haqqı sisteminə cəlb olunması nəzərdə tutulur".