Qaynar xətt:

(+99450) 247 90 86

60 yaşlı qadın ehtiyatsızlıqdan qolunu kəsdi

60 yaşlı qadın ehtiyatsızlıqdan qolunu kəsdi

CƏMİYYƏT

279

26.07.2022, 16:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaqatalada 60 yaşlı qadın ehtiyatsızlıqdan qolunu kəsib.

 OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonunun Muxax kəndində baş verib. Kənd sakini 1962-ci il təvəllüdlü Aşurey Qədirova fındıq bağında həyat yoldaşı ilə təmizlik işləri aparan zaman ehtiyatsızlıqdan ot biçən sağ yuxarı ətrafın bazu və dirsək nahiyəsini kəsib.

Hadisə zamanı ağır xəsarət alan A.Qədirovaya Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərilib. Daha sonra müayinə və müalicəsini davam etdirmək üçün o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.