Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya və Azərbaycan alimləri Xəzəri tədqiq edəcəklər

Rusiya və Azərbaycan alimləri Xəzəri tədqiq edəcəklər

CƏMİYYƏT

339

25.07.2022, 22:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Rusiya və Azərbaycanın elmi təsisatları Xəzər regionunda tədqiqatlar sahəsində əməkdaşlığı gücləndirəcək.
 
OXU24.COM  Trend-ə istinadən bildirir ki, müvafiq saziş mayın 11-də Moskvada "Xəzər dialoqu" Beynəlxalq Assambleyası çərçivəsində imzalanıb.
 
Saziş Rusiya, Azərbaycan və Xəzər regionunun digər ölkələrində yerləşən təşkilatlar arasında elmi, texnoloji, innovasiya və təhsil sahələrində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı fəaliyyəti nəzərdə tutur.
 
Bura, həmçinin birgə tədqiqatlar, Xəzər dənizinin səviyyəsinin öyrənilməsi, Rusiya və Azərbaycanın sularında ekoloji monitorinq məsələləri daxildir.
 
Sazişin həyata keçirilməsi üçün məsləhətləşmələrin aparılması, eləcə də ekspert qruplarının yaradılması, elmi-texniki əməkdaşlıq məsələlərinə həsr olunmuş informasiya və analitik materialların buraxılması, internet resurslarının və çap nəşrlərinin inkişafı nəzərdə tutulur.